Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz ölkələrinə səfərinə Qərbin bu regionda aktivləşməsi kimi baxmaq lazımdır. Politoloq Vəfa Quluzadə belə hesab edir.
“Hesab edirəm ki, Qərb Cənubi Qafqazda öz siyasətini aktivləşdirməyə başlayır, çünki Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlıq onun üçün böyük əhəmiyyət kəsb edir”,- deyə V.Quluzadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Politoloqun fikrincə, Qərbin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının aktivləşməsi, həmçinin Rusiyanın təbii qaz ixracı monopoliyasından xilas olmaq istəyi ilə bağlıdır.
“Göründüyü kimi, Qərb və Rusiya arasında qarşıdurma artmaqdadır və bu qarşıdurma zamanı Qərb Rusiyanın təbii qaz və ümumilikdə enerji daşıyıcılarının ixracı üzərində monopoliyasından can qurtarmağa çalışır. Avropa bazarlarına təbii qazın əsas ixrac marşrutlarından biri Azərbaycan, Gürcüstan və Türkiyədən keçən marşrutdur, onun vasitəsi ilə Azərbaycan və Türkmənistan qazını nəql etmək mümkün olacaq”, - deyə o qeyd edib.
“Eləcə də etibarlı, stabil və yaxşı qorunan nəqliyyat dəhlizləri olarsa, bütün Xəzər hövzəsi Qərb üçün xammal mənbəyi kimi istifadə oluna bilər. Düşünürəm ki, Ollandın səfəri məhz elə bu məsələyə yönəlib”, - deyə V.Quluzadə qeyd edib.
Lakin onun fikrincə, “enerji resurslarının alternativ tədarük marşrutunun mövcudluğunda maraqlı olmayan Rusiya həm də Qarabağ münaqişəsini həll olunmamış vəziyyətdə saxlamaqla regionda sabitliyin qorunmasına hər vasitə ilə mane olmağa çalışacaq”.
“Regionda sabitliyi qorumaq üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq lazımdır. Hamıya məlumdur ki, münaqişə Rusiyanın destruktiv mövqe tutmasına görə həll olunmur. Bu ölkə Ermənistanı idarə edir və münaqişənin həll olunmasına icazə vermir”,- deyə V.Quluzadə bildirib.
Politoloq hesab edir ki, Qərb Ermənistanın Rusiyadan asılılığının azaldılması istiqamətində çalışacaq.
“Ancaq Fransa və ya Qərb Moskvanın tutduğu mövqeyə baxmayaraq Ermənistanı Azərbaycanla sülhə getməyə inandıra biləcəkmi? Bu, çox vacib amildir. Mən hesab edirəm ki, Qərb bu istiqamətdə işləyəcək və Ollandın Ermənistana səfəri elə bu məsələlərlə bağlıdır”, - deyə o qeyd edib.
F.Ollandın Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirdiyi fikirlərə toxunan V.Quluzadə qeyd edib ki, “işğal edilmiş torpaqların azad olunması yalnız Azərbaycanın deyil, bütün regionun inkişafına böyük töhfə verə bilər”. “Sülh həm Azərbaycanın, həm Ermənistanın və bütövlükdə regionun maraqlarına cavab verəcək. Beynəlxalq hüquq normalarına əsaslanan istənilən sülh bizi qane edir”, - deyə politoloq vurğulayıb.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət