Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində yeni məscid binası istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məscidin açılış mərasimində bildirib ki, ölkəmizdə islami dəyərlərə yüksək qiymət verilir, müqəddəs yerlər, dini ziyarətgahlar və məscidlər yenidən qurulur, bərpa olunaraq insanların istifadəsinə verilir. Bütün bunlar ölkəmizdə islami dəyərləri yaşatmaqla yanaşı, həm də bu dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərbaycanda dini-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər görülür. Çünki bu dəyərlər uzun illər ərzində formalaşıb, insanlar tərəfindən yaşadılaraq bu günə çatdırılıb. Ölkəmizdə bu sahəni tənzimləyən qanunlar və digər normativ-hüquqi aktlar hər bir şəxsin inanclarına hörmətlə yanaşılmasına, insanların dini etiqad azadlığının təmin olunmasına imkan verir. Dini etiqad azadlığının təmin olunması sahəsində görülən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” və məscidlər islam aləmini birləşdirən simvollardır”, - deyə o qeyd edib.
“Bu gün istifadəyə verilən Yuxarı Əylis kənd məscidi də mənəvi dəyərlərimizin yaşadılması istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Ona görə bu məsciddə də dini və mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirilməlidir”,- deyə Ali Məclisin sədri əlavə edib.
O deyib ki, muxtar respublikada 207 məscid var. Onların 167-si müstəqillik dövründə tikilib və ya əsaslı təmir olunub.
V.Talıbov İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”i və kitabın təfsirini məscidə hədiyyə edib.
Ümumi sahəsi 250 kvadratmetr olan 1 minarəli məsciddə ibadət yeri, axund və yardımçı otaqlar var. Binada eyni vaxtda 200 nəfərin ibadət etməsi mümkündür. Minarənin hündürlüyü 21 metrdir. Binada müasir işıqlandırma sistemi quraşdırılıb, qadınlar üçün ayrıca ibadət yeri ayrılıb mehrab qoyulub. İki girişi olan məscid binasının günbəzi naxış və ornamentlərlə bəzədilib.
Həmin gün Ali Məclisin sədri Ordubad şəhərindən keçən Dübəndi çayında aparılan sahil bərkitmə işlərinin gedişi və akademik Yusif Məmmədəliyevin ev muzeyinin yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Q.Hüseynova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət