“PAŞA Həyat Sığorta” şirkəti tələbələr arasında “Azərbaycan cəmiyyətinin həyat sığortasına olan marağı: milli həyat sığortası bazarının xarici bazarlarla müqayisəsi” mövzusunda yazı müsabiqəsi elan edir.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, müsabiqə Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının tələbələrinə şamil olunur.
Şərtlərə görə, yazı müsabiqəsinə bu ilin may ayının 20-dən start veriləcək və iyun ayının 20-i məqalələrin son qəbulu günü olacaq. Müsabiqədə iştirak etmək istəyən tələbələr hazırladıqları yazıları ehuseynguluyev@pasha-life.az elektron ünvanına göndərə bilərlər. Təqdim olunan yazılar üçün minimum və maksimum hədd nəzərdə tutulmayıb.
Müsabiqədə birinci yerin qalibinə 300 manat, ikinci yerə 200 manat, üçüncü yer üçün isə 100 manat məbləğində pul mükafatı və “PAŞA Həyat”ın hədiyyələri təqdim ediləcək.
Bundan başqa, müsabiqədə birinci yerə layiq görülmüş məqalə müəllifin imzası ilə KİV-də dərc ediləcək.
Müsabiqədə yer tutmuş qaliblər üçün xüsusi təqdimetmə mərasimi təşkil olunacaq.
“PAŞA Holding” Şirkətlər Qrupunun üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitallının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.
Press-relizlə bağlı əlavə məlumat almaq üçün şirkətin
İctimaiyyətlə Əlaqələr Xidməti ilə əlaqə saxlaya bilərsiniz
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət