Mayın 22-də “Azərikimya” İstehsalat Birliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş və 20 gün davam edən spartakiadaya yekun vurulmuşdur.
Spartakiadada idmanın ağırlıqqaldırma, kəndirdartma, futbol, voleybol və stolüstü tennis növləri üzrə “Azərikimya” İstehsalat Birliyinin təşkilatları da daxil olmaqla, şəhərin tərəfdaş idarə və müəssisələrini təmsil edən 25 komanda öz gücünü sınamışdır.
Peşəkar hakimlər heyəti tərəfindən idarə olunan, gərgin rəqabət və idman mübarizəsi şəraitində keçən Spartakiada boyu yüksək hazırlıq və iradə nümayiş etdirən, əzmkarlıqları ilə seçilən Sumqayıt şəhər Polis İdarəsinin, FHN Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının, Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt filialının, “Qold Palace”in və “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun, “Kimyalayihə” İnstitutunun və Təmit-tikinti İdarəsinin komandaları müxtəlif növlər uzrə mükafata layiq yerlərə sahib olmuşlar.
Komanda hesabında isə “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun komandası ümumi xalların cəminə gorə birinci yerə çıxaraq, spartakidadnın mütləq qalibi elan edilmişdir. “Kimyalayihə” İnstitutunun və Sumqayıt şəhər Polis İdarəsinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülmüşlər.
«Azərikimya» İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən qalib komandalara diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Spartakiadadanın bağlanış mərasimində çıxış edən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev mükafata layiq yerlər tutmuş komandaları təbrik etmiş, onlara yeni idman uğurları arzulamışdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət