Bakı və Ankara üçtərəfli formatda görüşlərin keçirilməsi vasitəsilə yürütdükləri regional siyasətin sinxronlaşdırılması istiqamətində uğurlu addımlar atır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.
“Bu onu göstərir ki, Azərbaycan və Türkiyə öz regional siyasətlərini praktikada sinxronlaşdırır”, - deyə R.Musabəyov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin bazar ertəsi Bakıda keçirilmiş üçtərəfli görüşünü, eləcə də daha öncə prezidentlər və XİN başçılarının Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Gürcüstan formatında baş tutmuş görüşlərini şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, Bakı və Ankaranın öz siyasətini yaxınlaşdırması və siyasi tərəfdaş olması çoxdan məlum idi.
“Həm Azərbaycan, həm də Türkiyənin hər iki ölkə üçün kifayət qədər vacib olan üçüncü tərəfdaşlarla münasibətlərini bu cür üçtərəfli görüşlər vasitəsilə sinxronlaşdırması Bakı-Ankara strateji tərəfdaşlığının alətlərindən biridir”,- deyə R.Musabəyov qeyd edib.
May ayının 26-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçıları Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Rəşid Meredov arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları əsasında birgə bəyanat qəbul edilib.
Türkiyə və Türkmənistan XİN başçıları prezident İlham Əliyev tərəfindən qəbul edilib.
Ə.Davudoğlu Azərbaycan prezidenti ilə görüşdə Bakı və Ankaranın təşəbbüsü ilə həyata keçirilən Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-Türkmənistan arasında yeni əməkdaşlıq formatlarının vacibliyini qeyd edib.
Martın 14-də Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran XİN başçıları E.Məmmədyarov, Ə.Davudoğlu və Cavad Zərif regional və beynəlxalq problemləri, eləcə də regional əməkdaşlıq məsələlərini birgə müzakirəyə çıxarıblar.
E.Məmmədyarov Van görüşünün yekunları ilə bağlı qeyd edib ki, Azərbaycan, Türkiyə və İran öz dəmir yollarının birləşdirilməsi imkanlarını nəzərdən keçirir. Ə.Davudoğlu isə deyib ki, layihələrin reallaşdırılması və Asiya ölkələri arasında dəmir yolu əlaqəsinin qurulması İpək Yolunu - “Dəmir İpək Yolu”nu açmağa və Pekindən Londona qədər yük daşımalarını təşkil etməyə imkan verəcək.
Mayın 6-da Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri İlham Əliyev, Georgi Marqvelaşvili və Abdulla Gül Tbilisidə üçtərəfli sammitdə iştirak ediblər. İ.Əliyev sammitdə çıxışı zamanı bildirib ki, “biz üçtərəfli münasibətlərimizin yalnız bizim ölkələrə deyil, həmçinin regiona və bütün dünyaya xidmət etməsi üçün böyük səy göstəririk”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət