Azərbaycanın ali və orta ixtisas məktəblərinin tələbələri arasında 2015-ci ilin iyun ayında Bakıda keçirilcək I Avropa Oyunları ilə bağlı rəy sorğusunun ilkin nəticələri bəlli olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu günə qədər 24 minə yaxın sorğu blankı elektronlaşdırılıb.
Sosial sorğu Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə keçirilir.
Ümumilikdə 105 min tələbə-gəncin iştirak etdiyi sorğuda 24,182 min sorğu blankı elektronlaşdırılıb.
Onlardan 12,472 min nəfəri kişi, 11,714 mini isə qadındır (18-21 yaş həddində).
Tələbələrdən 13,584 mini Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6,703 min nəfəri kişi, 6,881 min nəfəri qadındır.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək. Yarış 19 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir.
Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət