“İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşı Moisey Bekkerlə müsahibəsi
- Ukrayna ətrafında cərəyan edən dramatik hadisələr 20 ildən artıqdır əraziləri işğal altında olan Azərbaycana necə təsir göstərə bilər?
- Əgər siz Krımı nəzərdə tutursunuzsa, o zaman bu, çətin ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etsin. İndiki konkret halda Rusiya Federasiyası Qərbin saldığı yolla gedir. Beynəlxalq hüquqda özbaşınalığın əsasını Krım problemi qoymayıb. Məlumdur ki, BMT-nin Nizamnaməsində dövlətlərin ərazi bütövlüyü prinsipinin beynəlxalq hüququn əsasını təşkil etməsi və millətlərin öz müqəddəratını təyin etmə hüququ öz əksini tapıb. Başqa sözlə desək, artıq bu beynəlxalq təşkilatın başlıca sənədində gec açılan minanın əsası qoyulub. Aydındır ki, heç bir muxtariyyət tərkibinə daxil olduğu dövlətin razılığı olmadan öz müqəddəratını təyin edə bilməz. 1977-ci ilin SSRİ Konstitusiyasında da eyni prinsip əks olunub. Orada deyilir: “Maddə 78. İttifaqa daxil olan respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”. Buna baxmayaraq, ABŞ və NATO-ya üzv olan bir sıra dövlətlər 1999-cu ildə Kosovo muxtar vilayətinin “müstəqilliyini” tanıyaraq “Pandora qutusu”nu açdı, bu isə Cənubi Osetiya və Abxaziyanın Gürcüstanın tərkibindən çıxarılması ilə nəticələndi. Hər iki qurumu praktiki olaraq heç kəs tanımasa da, bu gün Rusiya Kosovo nümunəsi sayəsində ondan çox ustalıqla istifadə etdi və o cümlədən Ukrayna da ərazisinin bir hissəsini itirdi. Lakin həmin Rusiya Federasiyası bütün dünya birliyi ilə birgə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu isə konkret vəziyyətdə həlledici əhəmiyyət kəsb edir.
- Son zamanlar, ola bilsin ki, Ukraynada baş verən hadisələr fonunda, Ermənistanın dəstəyi ilə Azərbaycanda etnik qarşıdurma və ikitirəlik yaratmaq istəyən xarici ölkələrdəki ayrı-ayrı milliyyətçi qrupların müxtəlif separatçı hərəkatları fəallaşıb. Bu cəhdlər ölkəmizin suverenliyi və birliyi üçün nə dərəcədə təhlükəlidir?
- Birincisi, düşünmürəm ki, Ermənistan Azərbaycan xalqlarının birliyini sarsıda biləcək vasitələrə malikdir. Onun burada arxalana biləcəyi kimsə yoxdur. Çətin ki, kimsə erməni millətçiləri ilə eyni cərgədə addımlamaq istəsin. Əgər Ermənistan kiminsə sosial sifarişini icra edirsə, başqa məsələ. Lakin burada da maddi rifahı və ictimai-siyası sabitliyi bir dəstə dönük, rüşvətxor və uğursuz şəxsin siyasi ambisiyaları naminə qardaş qırğınının qızışdırılması kimi şübhəli imtiyaza dəyişmək ideyasının kiminsə ağlına gələcəyinə şübhə edirəm.
İkincisi, bu gün bizdə çox yaxşı iqtisadi və siyasi vəziyyət yaranıb. Bir çox inkişaf etmiş dövlətləri bürüyən davamlı böhran fonunda Azərbaycan artıq uzun illərdir sabit şəkildə iqtisadi inkişaf və həyat səviyyəsinin yüksəlməsini nümayiş etdirir. Məgər bizlərdən kimsə yenidən 1988-1993-cü illərə dönmək istəyir? Güman etmirəm. Azərbaycan xalqı yanlış məqsədlər arxasınca getməmək və ölkənin gələcəyini təhlükə altına qoymamaq üçün kifayət qədər müdrikdir
- Bu yaxınlarda prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
etniklərarası və dinlərarası ziddiyyətlərin həllində nə kimi rol oynaya bilər?
- Ondan başlayım ki, bu cür mərkəzin yaradılması ideyasını ilk dəfə 2012-ci ilin noyabr ayında Böyük Britaniya parlamentinin Lordlar Palatasında çıxışım zamanı səsləndirmişəm. Məqsəd Azərbaycanın nümunəsində digər xalqlara bir-birinin mədəniyyət və ənənələrinə hörmət etməyi, birgə yaşamağı və hər birimizi daha da yaxınlaşdıracaq təmas nöqtələri aşkar etməyi öyrətməkdən ibarət idi. Əlbəttə, əgər bu mərkəz Azərbaycan vətəndaşlarının daha da birləşməsinə yardım edərsə, düşünürəm ki, bu, hamıya yalnız fayda gətirəcək. Qarşılıqlı münasibətlərimizi təkmilləşdirərək və onları yeni səviyyəyə qaldıraraq, biz tolerantlığın təkcə “qanun”la deyil, həm də ruh və qəlbin hökmü ilə mümkün olduğunu dünyaya bir daha nümayiş etdirəcəyik.
Söhbət etdi Fuad Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət