“Azərenerji” ASC-nin “Goranboy Elektrik Şəbəkəsi” (ES) 180 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktını aşkarlayıb. Bu barədə “Azərenerji” ASC-nin mətbuat xidməti məlumat verir.
Aşkar edilmiş qayda pozuntularına görə akt tərtib edilib, 909,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 54,6 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür.
Cari ilin aprel ayında keçirilmiş reydlər zamanı 40-dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 365,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 21,9 min manatdan çox istehlak dəyəri bərpa edilib. Bu məbləğin 15%-ə yaxın hissəsinin ödənişi təmin edilib.
Məlumatda qeyd edilir ki, 2014-cü ilin ötən dörd ayı ərzində müəssisə üzrə ümumilikdə 72,2 mln. kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Bu isə 2013-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,7% çoxdur. Hesabat dövründə əhalinin istifadə etdiyi elektrik enerjisi 16,6 mln. kilovatsaat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 18,5% çoxdur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət