Azərbaycan prezidenti İlham Əliyev Bakı və Bern arasında münasibətlərin hərtərəfli uğurlu inkişafının təminatı üçün güclü siyasi iradənin olduğunu qeyd edir.
“Əminəm ki, qarşıdakı illərdə bizim ikitərəfli əlaqələrimiz daha da güclənəcək, çünki əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradə var”, - deyə İ.Əliyev bazar ertəsi Azərbaycana rəsmi səfərə gələn ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalterlə görüş zamanı bəyan edib.
Onun sözlərinə görə, Bakı və Bern arasında ikitərəfli tərəfdaşlıq bir çox, həmçinin siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir.
“Buna görə mən əminəm ki, qarşıdakı illərdə biz son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrini davam etdirəcəyik. Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, D.Burkhalter Azərbaycana ATƏT-in fəaliyyətdə olan sədri kimi səfər edir.
“Ümid edirik ki, sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət tendensiyaların inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz tohfəsini verəcək”, - deyə İ.Əliyev vurğulayıb.
İsveçrə prezidenti iki ölkə arasında yaxşı dostluq əlaqələrinin mövcudluğunu, onların intensivləşdirilməsinin zəruriliyini qeyd edib.
“Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız var. İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdır”, - deyə D.Burkhalter vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət