Yaponiyada işgüzar səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takano Makino ilə görüşüb.
“AzərTAc” agentliyinin məlumatına görə, görüşdə regional əməkdaşlığın perspektivləri müzakirə olunub.
Cari ilin aprelində ölkəmizə səfəri çərçivəsində baş nazirin müavini Abid Şərifov, xarici işlər, rabitə və yüksək texnologiyalar nazirləri ilə görüşlərini qeyd edən T.Makino Yaponiyanın İto şəhəri ilə dostluq sazişi imzalamış İsmayıllı rayonunda keçirdiyi görüşlərin də onda xoş təəssüratlar yaratdığını bildirib. O, Yaponiya-Azərbaycan münasibətlərinin uğurla davam etdiyini vurğulayıb və bildirib ki, iki ölkənin regionları arasında formalaşmaqda olan dostluq münasibətləri qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-birinə daha da yaxınlaşmasına, əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verəcək.
T.Makino bu günlərdə Azərbaycanın turizm imkanlarına həsr olunmuş filmi maraqla izlədiyini qeyd edib və bildirib ki, Azərbaycanda turizmin inkişafına yetirilən diqqət ölkənin daha yaxından tanınmasına müsbət təsir göstərəcək.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Adminstrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə şöbəsi müdirinin müavini Hüseyn Mövsümov prezident İlham Əliyevin Yaponiya ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və diqqət mərkəzində saxladığını qeyd edib. Azərbaycan ilə Yaponiyanın regionları arasında əməkdaşlığın böyük potensialı olduğunu qeyd edən şöbə müdirinin müavini iki ölkə arasında elm, mədəniyyət, təhsil və yüksək texnologiyalar sahələrində də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə Yaponiyanın regionlarına səfər vaxtı şəhərlərin meriyalarına verilmiş dostluq mübadiləsi və tərəfdaşlıq barədə niyyət protokollarının layihələri nazir müavininə də təqdim olunub, məsələnin müsbət həlli üçün Yaponiya Xarici İşlər Nazirliyinin öz köməyini əsirgəməyəcəyinə inam ifadə edilib.
F.Hüseynzadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət