Ermənistan texniki missiyaların işğal edilmiş Azərbaycan torpaqlarındakı dağıdılmış qədim abidələrlə bağlı vəziyyəti öyrənməsinə hər vəchlə mane olur. Bu barədə Azərbaycan Respublikasının UNESCO-nun işləri üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bəyan edib.
“Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızdakı dağıdılmış qədim tarixi və mədəniyyət abidələrini bərpa etmək imkanı yoxdur, buna görə də Bakı uzun illərdir bununla bağlı vəziyyəti öyrənmək üçün beynəlxalq təşkilatların texniki missiyalarının işğal edilmiş ərazilərə göndərilməsinə çalışır. Lakin Ermənistan müxtəlif bəhanələrlə buna qarşı çıxır”, - deyə G.Əfəndiyeva Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu tərəfindən təşkil olunmuş “Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi insan hüquqları kontekstində” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qafqaz Albaniyası UNESCO üçün çox vacib mövzudur.
“UNESCO-nun əsas məqsədi mədəni dialoq və müxtəlifliyin inkişaf etdirilməsi yolu ilə davamlı sülhə nail olmaqdır. Bu baxımdan Qafqaz Albaniyasının tarixi nümunə göstərilə bilər”,- deyə G.Əfəndiyeva qeyd edib.
O əlavə edib ki, müharibələrə, təbii fəlakətlərə baxmayaraq, Azərbaycan xalqı Qafqaz Albaniyasının qədim tarixi və mədəniyyət abidələrini qoruya bilib.
“Azərbaycan qədim abidələri bərpa edib və edir. Təəssüf ki, biz qədim abidələrimizin ermənilər tərəfindən talandığı və məhv edildiyi işğal altındakı torpaqlarımızda bu fəaliyyətlə məşğul ola bilmirik. Azərbaycan uzun illərdir işğal edilmiş torpaqlarımızda beynəlxalq qurumlar tərəfindən texniki missiyanın təşkilinə çalışır. Bakının təşəbbüsü ilə UNESCO-nun Müharibələr nəticəsində məhv edilmiş abidələr komissiyasında bu məsələ qaldırılıb, ancaq Ermənistan tərəfi iki il ərzində müxtəlif yollarla texniki missiyanın işğal edilmiş torpaqlara getməsinə mane olur”, - deyə o qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət