Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Ermənistanın NATO Parlament Assambleyasından çıxarılmasını təklif edib. “Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş və respublikamızın ərazisində 30-dan çox terror aktı törətmiş terrorçu dövlətdir. Buna görə Ermənistanın NATO Parlament Assambleyasından çıxarılmasını vacib hesab edirik”,- deyə Z.Əsgərov çərşənbə axşamı Bakıda NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” mövzusuna həsr olunmuş 86-cı «Rose-Roth» seminarında çıxışı zamanı bildirib.
O, tədbir iştirakçılarına müraciət edərək qeyd edib ki, Ermənistan nümayəndə heyəti məqsədyönlü şəkildə NATO PA-nın seminarını pozmağa cəhd göstərir.
“Ermənistan nümayəndə heyəti bu tədbirdə təhrikçiliklə məşğuldur. Onun üzvləri sual vermək adı altında bütün çıxışlarında Azərbaycana hücum etməyə çalışırlar”,- deyə Z.Əsgərov qeyd edib.
Erməni deputatların Bakının son 7 ildə öz hərbi xərclərini 20 dəfə artırması ilə bağlı ittihamlarına cavab verən Z.Əsgərov bunu normal hal adlandırıb. “Bu normaldır. Dövlətin ümumi büdcəsi artanda əlbəttə ki, tibb, təhsil, müdafiə, sosial ehtiyaclara çəkilən xərcləri də artır. Sual vermək istəyirəm. Nə üçün ərazisinin 20%-i işğal altında olan Azərbaycan öz hərbi büdcəsini artırmamalıdır?”,- deyə birinci vitse-spiker vurğulayıb.
“Biz gözləyirdik ki, siz Bakıya gəlib Azərbaycan torpaqlarını işğal etdiyinizə, ərazimizdə terror aktı törətdiyinizə, Xocalı soyqırımına görə üzr istəyəcəksiniz. Siz Azərbaycan ərazisində 30-dan çox terror aktı törətmisiniz”,- deyə Z.Əsgərov seminarda iştirak edən Ermənistan nümayəndələrinə bildirib.
O deyib ki, Ermənistanda terror siyasəti dövlət səviyyəsində həyata keçirilir.
“Ermənistanın dövlət siyasəti terrorçuluğa əsaslanır. Ermənistan dövlətinin başında terrorçu Serj Sarqsyan dayanır, ona qədər isə terrorçu Robert Köçəryan dayanırdı. Siz nə üçün Xocalı soyqırımı barədə danışmırsınız? Bu tədbirdə iştirak edən Tevan Poqosyanın atası (Jirayr Poqosyan - 1998-1999-cu illərdə qondaqrma “Dağlıq Qarabağ Respublikası”nın baş naziri olub - İF-Az) da Azərbaycanın işğal olunmuş torpaqlarında etnik təmizləmələrdə iştirak etmiş, Dağlıq Qarabağda hərbi cinayətlər törətmiş terrorçudur. Bu, Azərbaycanın Baş Prokurorluğu tərəfindən aparılmış istintaq nəticəsində sübut olunub. Və sənin atanın məsuliyyətə cəlb olunacağı gün uzaqda deyil”, - deyə Z.Əsgərov vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət