ABŞ-ın İran-Əfqanıstan sərhədini bağlaması narkotik alveçilərinin narkotik vasitələrin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində becərilməsinə üstünlük vermələrinə gətirib çıxarıb. Bu barədə Milli Məclisin deputatı Siyavuş Novruzov bəyan edib.
“Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərin becərdikləri narkotiklər Azərbaycan-İran sərhədinin nəzarət olunmayan hissəsindən istifadə olunmaqla İran ərazisi vasitəsilə dünya bazarlarına çıxarılır”, - deyə S.Novruzov çərşənbə günü NATO Parlament Assambleyasının Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarında vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən Azərbaycan-İran sərhədinin 132 kilometrlik sahəsinə rəsmi Bakı tərəfindən nəzarət olunmur.
“Narkotik maddələrin yetişdirilməsi və ticarətinə bilavasitə Ermənistan rəhbərliyi tərəfindən nəzarət olunur. Rəhbərlik narkotiklərin sonradan İran ərazisi vasitəsilə Avropaya tədarükünə şərait yaradır”, - deyə S.Novruzov vurğulayıb.
Deputat İranın Ermənistanla fəal əməkdaşlıq etməsindən təəssüfləndiyini deyib.
“Ermənistan Cənubi Qafqazda İranın ən yaxın tərəfdaşıdır. Baxmayaraq ki, tarixi və dini köklər Tehranın Bakı ilə yaxınlaşmasına imkan yaratmalıdır. Belə çıxır ki, İranın qonşu ölkələrlə münasibətlərində dini amil əsas deyil”, - deyə S.Novruzov qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət