Bütün dünya Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində yaradılan şəraiti yüksək qiymətləndirir. Bu barədə ombudsman Elmira Süleymanova bəyan edib.
“Ümumilikdə, bütün dünya Azərbaycanda insan hüqularının müdafiəsi sahısində yaradılan şəraiti yüksək qiymətləndirir. Ölkədə bu istiqamətdə çoxlu iş görülüb və insan hüquqlarının müdafiəsi üzrə hüquqi baza yaradılıb”, - deyə o, çərşənbə günü Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bakı konfransında iştirak edən bir sıra xarici ombudsmanlar iyunun 17-də cəzaçəkmə müəssisələrində olublar, orada məhkumlarla görüşüb, onların saxlanma şəraiti ilə tanış olublar.
“Ombudsmanlar qeyd edirlər ki, məhkumların saxlanması ilə bağlı bizdə olan təcrübə dünyanın digər ölkələrində yoxdur. Bu, zamanın tələbidir və Azərbaycan həmin tələblərə layiqincə cavab verir”, - deyə E.Süleymanova bildirib.
Ombudsmanın sözlərinə görə, buna baxmayaraq, insan hüquqlarının pozulması ilə bağlı ayrı-ayrı faktlar mövcuddur.
“Lakin bu cür faktlar dünyanın digər ölkələrində də var. Elə bir ölkə yoxdur ki, orada insan hüquqları pozulmasın”, - deyə o vurğulayıb.
“Dünyanın bütün ölkələrində həbslər baş verir. Bunlar ayrı-ayrı proseslərdir. Elə bir ölkə yoxdur ki, orada məhkumlar olmasın, siyasi aksiyalar keçirilməsin”, - deyə insan hüquqları üzrə müvəkkil son zamanlar ölkədə gənc fəalların və jurnalistlərin həbs olunmasına dair sualı şərh edərkən jurnalistlərə bildirib.
Ombudsman, həmçinin əlavə edib ki, təkcə qadın hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda 100-dən artıq qanun qəbul olunub və 200-dən artıq beynəlxalq konvensiya ratifikasiya edilib.
“Azərbaycanda ombudsman institutu yaradılandan etibarən dövlət strukturlarına 961 təklif yönəldilib, onların 61%-i reallaşdırılıb”, - deyə E.Süleymanova vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət