Azərbaycan Niderlandda yaşayan xalqların öz mədəniyyətlərini nümayiş etdirdikləri festivalda iştirak edib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Festival Niderland Krallığının ikinci böyük şəhəri olan Haaqada keçirilib.
Festivalda Azərbaycanı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi təmsil edib.
Tədbir iştirakçılarının diqqətinə mədəniyyətinə, tarixinə, adət-ənənələrinə aid kitab, buklet, suvenirlərlə zəngin stend təqdim olunub. Qarabağa dair materialların təqdim olunduğu stend iştirakçıların daha çox marağına səbəb olub.
Haaqa-Azərbaycan Məktəbinin kiçik yaşlı şagirdləri qonaqlar qarşısında milli rəqslərimizi ifa ediblər.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva qeyd edib ki, festival boyu stendə yaxınlaşan insanlara Azərbaycan, Qarabağ haqqında həqiqətlər barədə məlumat verilib, onlara Qarabağ müharibəsini əks etdirən ingilis dilində kitablar təqdim olunub.
Festival Haaqa şəhər Bələdiyyəsinin təşəbbüsü və Haaqada fəaliyyət göstərən bir çox xalqların icmalarının təşkilatçılığı ilə keçirilib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət