ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova dünya birliyini çoxmilyonlu qaçqın ordusunun yaranmasına səbəb olan münaqişələrin həlli məqsədilə səyləri birləşdirməyə çağırır.
“Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20%-nin işğalı 20 ildən artıqdır davam edir. Bu isə bir milyonluq azərbaycanlı qaçqın və məcburi köçkün ordusunun yaranmasına səbəb olub”, - deyə B.Muradova ATƏT PA-nın 23-cü sessiyası çərçivəsində təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin iclasında ATƏT regionunda qaçqınların vəziyyətinə dair qətnamə layihəsinin müzakirəsi zamanı bəyan edib.
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial-məişət və mənzil problemlərinin həlli istiqamətində böyük təcrübəyə malikdir.
“Hazırda Azərbaycanda 1,2 mln. qaçqın və məcburi köçkün var. Lakin bu insanların problemlərinin həlli üçün bütün səylərə baxmayaraq, hələ onların 30%-nin problemlərini həll edə bilməmişik. Bununla əlaqədar bütün ölkələr nəinki dünyada qaçqınların problemlərinin həlli, həm də onların yaranma səbəblərinin aradan qaldırılması məqsədilə səylərini birləşdirməlidir. Söhbət dünyada mövcud münaqişələrin nizamlanması istiqamətində səylərin birləşdirilməsi zərurətindən gedir”, - deyə B.Muradova bildirib.
ATƏT PA-nın komitə iclasında çıxış edənlər qeyd ediblər ki, hazırda dünyada 50 mln.-a yaxın qaçqın var.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət