Çərşənbə axşamı ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyası çərçivəsində Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin iclasında portuqaliyalı deputat İsabel Santosun müəllifi olduğu “ATƏT regionunda qaçqınların vəziyyəti” adlı qətnaməni qəbul edilib.
Qətnamədə miqrasiya və sığıcanağın verilməsi sahəsində əsas maraqlı tərəflərlə, xüsusilə BMT-nin qaçqınlar üzrə ali komissarı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, həmçinin milli və beynəlxalq QHT-lərlə əməkdaşlığın möhkəmləndirilməsinə dair ATƏT-in iştirakçı dövlətlərinə çağırış öz əksini tapıb.
ATƏT PA təşkilatın iştirakçı dövlətlərinə Avropa İttifaqı çərçivəsində daha əvvəllər qəbul edilmiş öhdəlikləri nəzərə alaraq qaçqınların qəbulu sahəsində, xüsusilə onların buraxılması və qəbulu şərtləri, prosedurları və maliyyələşdirilməsi ilə bağlı ümumi siyasət hazırlamağı təklif edir.
Qətnamədə insan alveri ilə mübarizədə səyləri fəallaşdırmaq və bu sahədə, xüsusilə milli polis qüvvələri arasında beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, həmçinin bu prosesi yaradan fövqəladə halların nəticələrinin aradan qaldırılmasından sonra qaçqınların öz yurdlarına qayıtması və ənənəvi həyat şəraitinə operativ çıxış əldə etməsi məqsədilə onların qaçqın statusunun tanınması prosedurunun sürətləndirilməsi çağırışı yer alıb.
O cümlədən komitənin iclasında Sloveniyadan olan deputat Roberto Battellinin müəllifi olduğu “Dövlət və özəl sektorda təhlükəsizliyin təmin edilməsi üzərində demokratik nəzarət” adlı qətnamə qəbul edilib.
Qətnamədə ATƏT-ə üzv dövlətlər dövlət orqanları tərəfindən insan haqlarının pozulması və özəl həyata müdaxilə hallarını ifşa edən jurnalistləri və onların mənbələrini müdafiə etməyə çağırılır.
ATƏT PA təhlükəsizlik və kəşfiyyat orqanları üzərində effektiv parlament nəzarətinin möhkəmləndirilməsinə dair 2006-cı il tarixli Brüssel bəyannaməsinin qətnaməsinə uyğun olaraq təhlükəsizlik və kəşfiyyat orqanları üzərində demokratik nəzarət sahəsində regionun milli qanunvericilik orqanları arasında qabaqcıl təcrübə mübadiləsi aparmağı təklif edir.
Bundan əlavə, ATƏT PA-nın komitəsi İsveçrədən olan deputat Kristin Eqeserqi-Obristin müəllifi olduğu “İşgəncələrlə mübarizə” adlı qətnaməni qəbul edib.
Qəbul olunan qətnamədə xüsusilə qeyd edilir ki, ATƏT PA bu regionda işgəncələrin tamamilə aradan qaldırılması məqsədilə səylərini artırmaq öhdəliyi götürür, o cümlədən ATƏT-ə üzv ölkələr işgəncə və insan ləyaqətini alçaldan digər davranışlara son qoymaqla bağlı qadağaya riayət etməyə çağırılır.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət