Azərbaycanda biznesin və əhalinin bank xidmətlərinə olan tələbatı artır. İstehlakçılar yeni və cəlbedici bank məhsullarına ehtiyac duyurlar. “Nikoil” İKB-nin İdarə Heyətinin sədri Vasili Viktoroviç Xamaza “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bankın cari və gələcək planları barədə danışıb.
- “Nikoil” İKB-nin filial şəbəkəsinin genişləndirilməsinə dair nə kimi planları var?
- İyunun 27-də Bakıda bankın yeni filialının açılışı oldu. Bu, bankın respublikada sayca 20-ci və Bakıda 13-cü filialıdır. Filial bizim həyata keçirdiyimiz həm pərakəndə, həm də korporativ biznes üzrə bütün növ xidmətlər təqdim edəcək. Lakin filial gəlirlərin əsas hissəsini hesablaşma-kassa xidmətləri üzrə komissiya əməliyyatları hesabına əldə edəcək. Bu gəlirləri, ilk növbədə zəngin və geniş müştəri bazası hesabına əldə etmək olar. Yeni filialın komandası bu potensiala malikdir.
Yeni filialın bankın mərkəzi ofisinin təxminən 12 il yerləşdiyi yerdə açılması faktı simvolik məna kəsb edir. Artıq burada bizim öz müştəri bazamız var, o cümlədən də yaxınlıqdakı məhəllələrdən. Biz həmin bazanın qayıdacağına ümid edirik və əminik ki, filial bu ili mənfəətlə başa vuracaq.
Ümid edirəm ki, yaxın 2-3 həftə ərzində Mərkəzi Bank yeni satış nöqtələrinin açılışı üçün bizə daha iki lisenziya verəcək. Biz Masallı və Xırdalan şəhərlərində filialların açılmasını planlaşdırırıq. Yəqin ki, filial şəbəkəsinin genişləndirilməsi prosesi bu il başa çatacaq. Gələcəkdə regionlarda filial şəbəkəsini genişləndirmək istəyirik. Zaqatala və İmişli rayonlarında filialların açılması imkanlarını nəzərdən keçirirk.
Lakin düzünü desəm, mənə elə gəlir ki, bütün banklarda filial şəbəkəsinin genişləndirilməsi prosesi zamanla ləngiyəcək. Bu, elektron bank xidmətlərinin həcmlərinin artması ilə əlaqədardır. Bu, ümumdünyəvi tendensiyadır.
- Yeri gəlmişkən, elektron xidmətlərin inkişafına dair bankın nə kimi planları var?
- Elektron xidmətlərin inkişafı bizim prioritet istiqamətimizdir. Bizdə hərtərəfli mobile-bankinq, eləcə də internet-bankinq hələ fəaliyyət göstərmir. Bütün bunlar ən yaxın gələcəyə, ümid edirəm ki, 2014-cü ilə olan planlardır. Yaxın günlərdə biz 2015-2020-ci illəri əhatə edən strateji inkişaf planının əsaslarının müzakirəsini başa çatdıracağıq. Müşahidə Şurası 2014-cü ilin sonuna kimi bu planı təsdiq edəcək. Bu mənada elektron xidmətlərin inkişafına xüsusi diqqət ayrılacaq. Biz bu istiqamətin inkişafına mühüm kapital qoyuluşları nəzərdə tuturuq.
- Azərbaycan Mərkəzi Bankının avtomobil kreditləşməsi üzrə şərtlərin sərtləşdirilməsi bankın biznesinə necə təsir göstərib?
- Sözsüz ki, bu qərar bir anda bankımıza zərbə vurdu. Avtomobil kreditləşməsi üzrə kredit portfeli kifayət qədər böyük - 73 mln. manatdan artıq idi. Ümumi kredit portfelində bu seqment təxminən üçdə bir hissəni təşkil edirdi, həm də kifayət qədər yaxşı keyfiyyətdə idi. Vaxtı 90 gündən çox ötmüş kreditlərin payı 2%-dən çox deyildi. Biz iş sistemini vaxtında dəyişdik. Sözsüz ki, müştərilərin vəziyyətə alışması amili mövcuddur. Onlar yeni vəziyyətlə hesablaşmağa məcburdurlar. Bu səbəbdən kredit götürüb yeni şərtlərlə - dəyərin 50%-ni müstəqil şəkildə ödəyərək avtomobil alan müştərilərin sayı daim artır. Lakin ötən illə müqayisədə onların sayı xeyli azdır.
Biz istiqamətimizi necə dəyişdik və bu, hansı istiqamət oldu? Biz istehlak kreditləşməsinin həcmini artırdıq və kredit üzrə mütəxəssislərimizi mikrokreditləşməyə yönəltdik. Bizim burada artımımız çoxdur. Digər yerli banklarda hazırlanan və özünü kifayət qədər yaxşı təsdiq edən texnologiyara əsaslandığımızı gizlətməyəcəyəm. Biz uzun müddət həmin texnologiyaları müşahidə etmişik. Ehmalca, iki ildən artıq müddətdə mikro və kiçik biznesin kreditləşməsinin inkişafı ilə məşğul olmuşuq. Bu il - üçüncü ildə avtomobil kreditləşməsi üzrə şərtlərin dəyişdirilməsi ilə əlaqədar biz çox fəal şəkildə mikrokreditləşmə həcmlərinin artırılmasına başladıq. Risklərin qiymətləndirilməsi, kreditlərin rəsmiləşdirilməsi və verilməsi, kadrların seçilməsi və təlimi texnologiyalarına yanaşmalarımızı dəyişdik. Qeyd etmək lazımdır ki, bu portfelin keyfiyyəti kifayət qədər yaxşıdır.
Fəal inkişaf etdirdiyimiz ikinci gəlir mənbəyi komissiya gəlirləridir. Bu il onların həcmi üç dəfə artacaq və bu, bizi sevindirməyə bilməz, axı bunlar risksiz gəlirlərdir. Həcmi durmadan artan ipoteka kreditləşməsi bizim üçün ənənəvi güclü mənbədir.
Biz hər şeyi bir səbətə yığmamağı öyrəndik. Bizi buna AMB-nin avtomobil kreditləşməsinin templərinin azaldılmasına dair qərarı da vadar etdi. Necə deyərlər: “Hər şərdə bir xeyir var”.
- 2014-cü ilin yekunları üzrə əsas maliyyə göstəriciləri ilə bağlı hansı gözləntiləriniz var?
- Biz cari ildə kredit portfelinin 25% artımını planlaşdırırıq. Bu gün bizdə bu göstərici təxminən 247 mln. manat təşkil edir, ilin sonuna kimi 283 mln. manat səviyyəsinə çıxmaq niyyətindəyik. Düşünürəm ki, 2014-cü il ərzində, xüsusilə bankın pərakəndə inkişaf strategiyasına keçdikdən sonra verilən yeni kredit portfelinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşıladıracağıq.
Bu il mənfəətin ən azı iki dəfə artımını gözləyirik.
Kapitala dair ənənəvi suala gəlincə isə, Azərbaycan banklarının təxminən yarısından fərqli olaraq biz kapitalın məbləğini artıq ötən il tələb olunan normaya çatdırmışıq. Tələb olunan məbləğ 50 mln. manat olduğu halda bu gün bankın məcmu kapitalı $78 mln. səviyyəsindədir.
Söhbət etdi A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət