Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yaranmış vəziyyət regional sabitliyi ciddi təhlükə altına qoyur. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Amerika Konqresinin nəşri olan “The Hill” qəzetində dərc edilmiş “Dağlıq Qarabağ: sabitliyə və ABŞ maraqlarına təhlükə” adlı məqaləsində bildirilir.
Qafqaz regionunun geosiyasi önəminə və ABŞ-ın bu regiondakı maraqlarına toxunan diplomat Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı roldan, beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələrdən və ABŞ-ın Əfqanıstandakı qoşunları üçün yaratdığı vacib dəhliz imkanlarından bəhs edir, Qafqaz regionundakı sülh və sabitliyin ABŞ-ın regional və qlobal maraqları baxımından mühüm önəm daşıdığını vurğulayır.
O qeyd edir ki, 90-cı illərdən münaqişənin həllində vasitəçi olan ABŞ Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılmış rejimi tanımadqdan imtina edib və bu yaxınlarda erməni qoşunlarının Azərbaycanın bəzi işğal olunmuş rayonlarından çıxarılmasının vacibliyini bir daha bildirir. Ancaq müəllifin fikrincə, bütün bunlar təqdirəlayiq olsa da, Ermənistanı öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün kifayət etmir. Qeyd olunur ki, regionda böyük maraqları olan ABŞ Ermənistanın beynəlxalq ictimaiyyətin iradəsini rədd etməsinə və Qafqazda sülhə təhlükə törətməsinə imkan verməməli, Ermənistandan beynəlxalq hüquqa əməl etməyi tələb etməlidir. Ermənistanın tabe olmayacağı təqdirdə ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli, onu öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Diplomat deyir ki, bunsuz hər hansı həllə nail olmaq mümkün olmayacaq, qeyri-sabitlik və yeni müharibə təhlükəsi qalmaqda davam edəcək.
Eyni zamanda müəllif bu il Kaliforniya Ştat Assambleyasında erməni lobbisi tərəfindən irəli sürülmüş qondarma "DQR" ilə bağlı qətnaməyə toxunaraq, belə qərəzli təşəbbüslərin nəinki ABŞ-ın regiondakı mövqeləri üçün ziyanlı olduğunu, həmçinin bölgədə onsuz da mürəkkəb olan vəziyyəti daha da qəlizləşdirdiyini bildirir.
Bununla əlaqədar baş konsul beynəlxalq hüququ pozan, etnik təmizləməyə bəraət qazandıran, eləcə də Amerika xarici siyasətinə və maraqlarına zidd olan belə qərəzli qətnamələrin qarşısının ABŞ hökuməti tərəfindən alınmasının vacibliyini vurğulayır.
Y.Əliyev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət