Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq edib. Belə institutlardan biri 2014-cü ildə yaradılmasının 15 illik yubileyini qeyd edən Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (QDTİB). QDTİB-in prezidenti Andrey Kondakov “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi müsahibəsində bankın bu müddət ərzindəki fəaliyyəti və Azərbaycanda maliyyələşdirilən layihələr haqqında məlumat verib.
-QDTİB-in 15 illik fəaliyyətini necə qiymətləndirirsiniz? Bank bu günə qədər bütün layihələrin həyata keçirilməsinə nə qədər kredit ayırıb?
- 2014-cü ilin iyun ayında QDTİB Qara dəniz regionunda fəaliyyətə başlamasının 15 illiyini qeyd edir. Regional inkişaf bankının yaradılması ideyası 90-cı illərin əvvəllərində region ölkələrində güclü siyasi sarsıntılar, sistemli transformasiya və makroiqtisadi gərginliyin müşahidə olunduğu bir dövrdə yarandı, lakin bütün bu əlverişsiz şəraitə baxmayaraq, bankın səhmdar ölkələri bu ideyaya sadiq qaldılar və bu da QDTİB-in yaradılması və inkişaf etməsi üçün etibarlı əsas oldu.
Bu gün bank Qara dəniz regionunda fəaliyyət göstərən şirkət və maliyyə institutları üçün etibarlı tərəfdaş, uğurlu regional maliyyə təşkilatı kimi tanınır.
QDTİB fəaliyyətə başlayandan ümumi məbləği təxminən 3 mlrd. avro olan 300-ə yaxın layihə və əməliyyatı maliyyələşdirib. Üzv ölkələrin iqtisadiyyatına 2,6 mlrd. avrodan çox investisiya qoyulub, bu investisiyalar əsas sektorlarda (emal sənayesi, energetika, nəqliyyat, aqrar biznes, xarici ticarət və maliyyə sektoru) hökumətlərin iqtisadi siyasətinin prioritetlərinin həyata keçirilməsinə yönəldilib.
Kiçik və orta biznesə (KOB) dəstək QDTİB üçün vacib sektorlararası prioritet təşkil edir. Region ölkələrində KOB ÜDM və məşğulluğun əsas hissəsini əmələ gətirir. Bank KOB-a dəstək üzrə xüsusi proqramı çərçivəsində ümumilikdə 875 mln. avrodan çox maliyyələşməni təsdiq edib.
QDTİB-in ticarətin maliyyələşdirilməsi proqramı üzv ölkələrin ixrac potensialının reallaşdırılmasına, onların bir-biri ilə ticarət əlaqələrinin genişləndirilməsinə yardım etməyə yönəldilib və onun çərçivəsində təxminən 600 mln. avro ayrılıb.
Regional infrastrukturun inkişafı region ölkələri üçün böyük əhəmiyyətə malikdir. Bank nəqliyyat və telekommunikasiya sahələrində layihələrin maliyyələşdirilməsinə 0,5 mlrd. avrodan çox vəsaitin ayrılmasına razılıq verib.
QDTİB energetikanın inkişafı, o cümlədən neft-qaz sektoru, elektrik enerjisi, enerji səmərəliliyinin artırılması və bərpa oluna bilən enerji mənbələrindən istifadə ilə bağlı layihələrə 475 mln. avrodan çox vəsait ayırıb.
Son illər bank bələdiyyə infrastrukturunun və kommunal təsərrüfatın inkişafı layihələrində iştirakını nəzərə çarpacaq dərəcədə artırıb və bu məqsədlə 200 mln. avrodan çox vəsait ayırıb.
Bu gün QDTİB Qara dəniz regionunda bütün maliyyə institutları və təşkilatları arasında ən yüksək kredit reytinqinə, Mərkəzi və Şərqi Avropa ölkələrində isə ən yüksək reytinqlərdən birinə malikdir. 2004-cü ildə “Moody’s” Reytinq Agentliyinin ilkin investisiya reytinqini aldıqdan sonra agentlik bankın reytinqini 3 dəfə artırb, bu il bankın reytinqi “A2” səviyyəsinə yüksəlib. QDTİB, həmçinin “Standard and Poor’s” agentliyinin uzunmüddətli “A-“ reytinqinə malikdir. Bu reytinqlər bankın yaxşı maliyyə göstəricilərinə, keyfiyyətli kredit portfelinə və səhmdar ölkələr tərəfindən güclü dəstəyə malik olmasına dəlalət edir.
- Siz bankın əməliyyatlarının əhatə etdiyi regionda mövcud iqtisadi durumu necə qiymətləndirirsiniz? Xüsusilə Azərbaycanda vəziyyət necədir?
-2009-cu ildə qlobal maliyyə-iqtisadi böhranı zamanı Qara dəniz regionu ölkələri ciddi sınaqlara məruz qaldılar, bu ölkələrdə məcmu ÜDM 6%-dən aşağı düşmüşdü. Bununla belə Avropa Birliyi ölkələrində davam edən iqtisadi çətinliklər fonunda region 2010-2011-ci illərdə nəzərə çarpan yüksəlişə, 2012-2013-cü illərdə isə davamlı iqtisadi artıma nail ola bildi. Ümumilikdə region üzrə mənzərə müsbət təsir bağışlasa da, bir sıra ölkələrdə böhranın nəticələri yüksək işsizlik və maliyyə sektorunda “pis” borcluluq şəklində özünü göstərir.
Bundan başqa, region ölkələrinin bazarlarında kredit risklərinin artmasına və bunun da nəticəsi olaraq kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasına səbəb olan qeyri-müəyyənlik mühiti qalmaqda davam edir.
Bütün bu amillər böhrandan sonakı beş il ərzində regionda investisiya fəallığının zəif templərlə bərpa olunmasının arxasında durur. Ölkələrimizdə işgüzar mühitin sabit şəkildə və qabaqcadan proqnozlaşdırıla bilən yaxşılaşması vəziyyətdə əsaslı irəliləyiş üçün vacib şərtdir. Dünya Bankı və Euromoney tərəfindən hazırlanmış bir sıra araşdırmalar bu sahədə irəliləyişin olduğunu sübut edir. Lakin başqa regionların da iqtisadiyyatı amili var ki, onlara nisbətən də irəliləyiş əldə etmək vacibdir. Burada pul və vergi siyasətində səmərli tədbirlərin qəbul edilməsi və həyata keçirilməsində, tənzimləmə və idarəetmədə yüksək standartların tətbiqində hökumətlərin rolunu qiymətləndirməmək çətindir.
Azərbaycan Qara dəniz regionunda ən dinamik iqtisadiyyata malik ölkə statusunu qoruyur. 2009-2013-cü illərdə ölkədə ÜDM-in orta illik artımı rekord göstəriciyə - 4,3%-ə bərabər olub. Azərbaycan böhran dövründə regionda ÜDM-in azalmasının müşahidə olunmadığı iki dövlətdən biridir. Eyni zamanda 2010-cu ildən sonra xidmət və tikinti sektorunun sürətli inkişafı nəticəsində ölkənin qeyri-neft sektoru artım üzrə liderə çevrilib. 2009-2013-cü illərdə Azərbaycan ən böyük üç reytinq agentliyindən investisiya kredit reytinqləri alıb. Daxili kreditləşmə, ilk növbədə istehlak kredirləri sürətlə artıb. Bununla belə ÜDM-in formalaşmasında maliyyə vasitəçiliyinin 28%-lik payı beynəlxalq ölçülərə görə azdır. Məhz buna görə QDTİB Azərbaycanın maliyyə sektorunun inkişafına böyük diqqət ayırır.
- Bu gün QDTİB-in Azərbaycan üzrə məcmu və aktiv kredit portfeli və kreditlərin istifadə səviyyəsi necədir?
- QDTİB təsis edildiyi vaxtdan Azərbaycan bankın ən fəal borcalanlarındandır. 2008-ci ildə Azərbaycan hökumətinin təklifi ilə QDTİB-in Rəhbərlər Şurası ölkənin bankın kapitalındakı payının 2%-dən 5%-ə qədər artırılması barədə qərar qəbul etdi. Eyni zamanda bu gün bankın aktiv portfelində Azərbaycanın payı imzalanmış əməliyyatların ümumi həcminin 9%-ə qədərini təşkil edir.
Kreditləşmənin təqdim edilməsi haqqında QTİB tərəfindən imzalanmış 31 sazişin ümumi həcmi 163,5 mln. avro təşkil edir. 2014-cü il may ayının sonuna olan vəziyyətə əsasən, ümumi məbləği 106 mln. avro təşkil edən 16 saziş reallaşdırılma mərhələsindədir, bununla yanaşı, bu sazişlər üzrə ayrılmış vəsaitlərin real həcmi 92 mln. avronu üstələyib. Buna görə də Azərbaycan bu göstəriciyə görə QDTİB-ə üzv ölkələr arasında yalnız Türkiyə və Rusiyadan geri qalaraq üçüncü yeri tutur.
Kreditin ayrılması haqqında QDTİB tərəfindən imzalanmış 31 sazişin və azərbaycanlı müştərilərlə kapitalda iştirakın ümumi həcmi 163,5 mln. avro təşkil edir. 2014-cü il mayın sonuna olan vəziyyətə əsasən, ümumi məbləği 106 mln. avro təşkil edən 16 saziş reallaşdırılma mərhələsində olub, bununla yanaşı, bu sazişlər üzrə ayrılmıəş vəsaitlərin real həcmi 92 mln. avronu üstələyib. Bu göstəriciyə görə Azərbaycan QDTİB-ə üzv ölkələr arasında yalnız Türkiyə və Rusiyadan geri qalaraq üçüncü yeri tutur.
İyunun 22-də QDTİB Rəhbərlər Şurasının Sofiyada keçirilmiş illik toplantısı çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədi ilə “Accessbank”la ümumi məbləği 15 mln. ABŞ dolları təşkil edən növbəti kredit sazişi imzalanıb ki, bu da QDTİB-in ölkədə fəaliyyətinin prioritet istiqamətini təşkil edir.
Azərbaycan üzrə kredit portfelinin əsas hissəsi iqtisadiyyatın hansı sahəsinin payına düşür? Portfelin sahələr üzrə strukturu necədir? Sizcə, gələcəkdə onun strukturu dəyişəcəkmi və bu nə ilə şərtlənib?
- Azərbaycan hökuməti ilə əldə edilmiş razılığa əsasən, QDTİB-in ölkədə fəaliyyət strategiyası iqtisadiyyatın qeri-neft sektorlarının dəstəklənməsinə yönəlib. Biz işin istiqamətlərinin müəyyən edilməsi zamanı hökumətin iqtisadi siyasətinin reallaşmasına köməklik göstərməyə xüsusi diqqət ayırırıq, eləcə də bazardakı tələbatı nəzərə alırıq. Bank Azərbaycanda fəaliyyətinin inkişafı gedişində özünün maliyyə məhsullarının daha çox tələb olunduğu sahəni üzə çıxardı. Bu, iqtisadiyyatın istehsal, xidmət, ticarət və digər bütün əsas sahələrini əhatə edən kiçik və orta biznesə dəstək sahəsidir. Azərbaycan da daxil olmaqla, Qara dəniz regionunun bütün ölkələrində KOB bazarın daha dinamik seqmentini təşkil edir və ÜDM-ə və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir. Bunlar inkişaf bankı kimi QDTİB üçün müəyyənləşdirici meyarlardır.
- Beləliklə, QDTİB-in kredit sazişlərinin əksəriyyəti məhz bu sahənin inkişafına xidmət edir. Kiçik sahibkarlığın xüsusiyyətlərini və fərdi borcalanların kreditlşmə həcmləri üzrə təbii məhdudiyyətlər nəzərə alınmaqla, KOB-un maliyyələşməsi üçün ən effektiv vasitə Azərbaycan banklarına məqsədli kredit xətlərinin təqdim edilməsidir. Azərbaycan bankları yerli bazarla daha yaxşı tanışdır, inkişaf etmiş filial şəbəkəsinə malikdir və bazarı əhatə edə bilərlər. Kiçik sövdələşmələrin (3 milyon avrodan az) QDTİB tərəfindən təqdim edilmiş beynəlxalq tələblərə uyğun olaraq strukturlaşdırılması çox vaxt kiçik şirkətlər üçün kifayət qədər əziyyətli prosedurdur. Məsələn, maliyyələşdirilmə ilə əlaqədar təqdim edilmiş ərizəyə baxmaq üçün biz borcalanın beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatını, biznes planı və digər sənədləri almalıyıq. Əgər şirkət bu standartlar üzrə işləmirsə, sənədlərin rəsmiləşdirilməsi kifayət qədər uzun vaxt apara və böyük maliyyə xərcləri tələb edə bilər. Eyni zamanda bank müntəzəm olaraq beynəlxalq audit və reytinq agentlikləri tərəfindən yoxlamalardan keçərək öz əməliyyatlarının iqtisadi və maliyyə dayanıqlılığının təmin edilməsi üzrə beynəlxalq standart və tələblərdən uzaqlaşa bilməz. Bu şərtlər altında maliyyələşmənin artıq beynəlxalq standartlar əsasında işləyən yerli maliyyə institutları tərəfindən verilməsi daha tez və səmərəli nəticə verir.
QDTİB KOB-a dəstək proqramı çərçivəsində Azərbaycanın 10-dan çox aparıcı bankı ilə tərəfdaşlıq əlaqələri qurub və onlara kiçik biznesin, eləcə də Azərbaycanın ixrac potensialının və xarici ticarətinin inkişafı üçün məqsədli kredit xətləri təqdim olunur. Sizə məlumdur ki, QDTİB 2002-ci ildə Azəbaycan Mikromaliyyələşdirmə Bankının yaradıcılarından biri kimi çıxış edib, bu bank bu gün “Accessbank” adı altında fəaliyyət göstərir və öz sahəsində bazarda liderlik edir.
Azərbaycanda QDTİB-in belə maliyyə məhsullarına tələb yüksək olaraq qalır və biz Azərbaycanda KOB-un inkişafına dəstəyi davam etdirəcəyik. Əlbəttə, bununla yanaşı, bank iqtisadiyyatın digər qeyri-neft sahələrinin maliyyələşdirilməsi üzrə müraciətlərə də baxmağa hazırdır. Biz Bakıda “Demirchi Development LLC” ilə müasir iş mərkəzlərinin yaradılması üzrə uğurlu əməkdaşlıq təcrübəsinə malikik.
QDTİB 2014-cü ildə Azərbaycan təşkilatlarına hansı həcmdə kredit ayırmağı planlaşdırır? Ortamüddətli və uzunmüddətli perspektiv üçün analoji proqnoz varmı?
- QDTİB bütün üzv ölkələrdə fəaliyyətini dördillik ölkə startegiyası və biznes plan əsasında planlaşdırır. Azərbaycan üzrə cari ölkə strategiyası 2011-2014-cü illər üçün nəzərdə tutulub və Direktorlar Şurası tərəfindən bu dövrdə ümumi məbləği 88 mln. avro təşkil edən 8 əməliyyatın maliyyələşdirilməsini nəzərdə tutur. Bu gün, yəni plan dövrünün başa çatmasına yarım il qalmış bank bu göstəriciləri qaldırıb və ümumi məbləği 90 mln. avrodan çox olan 14 əməliyyatın maliyyələşdirilməsinə razılıq verib.
Hazırda QDTİB-in 2015-2018-ci illər üçün nəzərdə tutulmuş yeni ortamüddətli strategiyası hazırlanma prosesindədir. Bu strategiya əsasında Azərbaycan hökuməti ilə əməkdaşlıqda bu dövr üçün yeni ölkə strategiyası işlənib hazırlanacaq və qəbul ediləcək.
QDTİB Azərbaycanın özəl sektoru ilə uğurla əməkdaşlıq edir. Bankın dövlət sektorundakı layihələri kreditləşdirmək planları varmı?
-QDTİB dövlət şirkətləri ilə işləyir və istənilən işgüzar təklifə baxmaq üçün açıqdır.
-Ötən il QDTİB “STAR Rafineri A.S” şirkətinə $58 mln. məbləğində kredit ayırmağa razılıq verib. Kredit sazişinin ötən ilin sonuna qədər imzalanması gözlənilirdi, lakin sənəd hələ ki, imzalanmayıb. Bu yubanma nə ilə əlaqədardır və sənəd nə zaman imzalanacaq?
- Həqiqətən, bir il əvvəl QDTİB Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq maliyyə institutlarının da iştirak etməli olduğu bu layihənin maliyyələşdirilməsinə razılıq vermişdi. Lakin layihənin sponsorları beynəlxalq inkişaf banklarını cəlb etmədən başqa mənbələrdən vəsait almaq qərarına gəldilər. Biz sponsorlara bu böyük və vacib layihənin həyata keçirilməsində uğurlar arzulayırıq.
- Bank Azərbaycanın bank bazarında səhmdar kapitalında öz iştirakını genişləndirməyi planlaşdırırmı? QDTİB-in yeni bankların səhmdarları sırasına daxil olması gözlənilirmi?
-Bu gün belə danışıqlar aparılmır.
QDTİB-in yüksək vəzifəli nümayəndələrinin yaxın vaxtlarda Azərbaycana səfərləri gözlənilirmi? Əgər gözlənilirsə, bu səfərlər nə zaman baş tutacaq və hansı məsələlərlə bağlı olacaq?
- Bankın rəhbərliyi hökumət və digər dairələrlə əməkdaşlığın inkişafının strateji və cari məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün müntəzəm olaraq bütün üzv ölkələrdə olur. Dediyim kimi, 2014-cü ilin sonuna qədər QDTİB 2015-2018-ci illər üçün yeni ortamüddətli inkişaf strategiyasını və biznes plan hazırlamaq niyyətindədir, onların əsasında bankın Azərbaycan üçün yeni ölkə strategiyası hazırlanacaq. Bu, QDTİB nümayəndə heyətlərinin Azərbaycana səfərlər etməsi, strategiya layihəsinin müzakirəsi və təsdiq edilmiş strategiyanın ölkənin işgüzar və bank ictimaiyyətinə təqdim olunması üçün bir səbəb olacaq.
İyul ayının ortalarında mənim QDTİB-in prezidenti kimi səlahiyyətlərimin müddəti bitir, iyulun 16-dan bu postu Türkiyə nümayəndəsi tutacaq. Hesab edirəm ki, o, səlahiyyətlərinin icrasına başladıqdan sonra tez bir zamanda üzv dövlətlərə, o cümlədən də Azərbaycana səfər edəcək.
Anar Əzizov, Abbas Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət