Azərbaycan və Gürcüstan arasında münasibətlərin yaxınlaşması və Bakı ilə Tiflis arasında strateji xarakterli əməkdaşlığın qurulmasında Eduard Şevardnadzenin mühüm rolu olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov bəyan edib.
“O, siyasətdən çoxdan getmişdi və Gürcüstan siyasətinin yaşlı patriarxı həyatını yaşayırdı.
Lakin Şevardnadzenin Gürcüstana qayıdışı ölkə üçün şans oldu”, - deyə politoloq vurğulayıb.
R.Musabəyovun sözlərinə görə, Zviad Qamsaxurdiyanın prezidentliyindən sonra Gürcüstan “demək olar ki, tamamilə dağılmış vəziyyətdə idi”.
“Şevardnadze həm Gürcüstan üçün, həm də Azərbaycan-Gürcüstan münasibətlərinin möhkmlənməsi nöqteyi-nəzərindən müsbət rol oynayıb. Onların Heydər Əliyevlə birgə Gürcüstanın və müvafiq olaraq Azərbaycanın birinci katibləri olması mühüm faktdır. Sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda qarşılıqlı əlaqədə olublar və sözsüz ki, Azərbaycanla Gürcüstanın münasibətlərinin yaxınlaşması və strateji tərəfdaşlığa çevrilməsində Şevardnadze mühüm rol oynayıb”, - deyə R.Musabəyov bildirib.
E.Şevardnadze bazar ertəsi vəfat edib.
Öz növbəsində politoloq, keçmiş diplomat Fikrət Sadıxov qeyd edir ki, E.Şevardnadze müstəqil Gürcüstanda hakimiyyətə gələrək, Bakı və Tiflis arasında münasibətlərə xüsusi töhfə verib.
“O, siyasi müstəqillik və sabitliyin möhkəmlənməsi, həmçinin ölkədə iqtisadi artım üçün az iş görməyib, Azərbaycanla münasibətlər qurub. Bu münasibətlər daha ölçülüb-biçilmiş, sabit, hər iki tərəfin maraqlarına cavab verən xarakter daşımağa başladı. E.Şevardnadze ölçülüb-biçilmiş siyasi fikirlərə malik bir insan kimi anlayırdı ki, ölkəsində rifah və sabitlik bir çox hallarda Azərbaycandan asılıdır”, - deyə F.Sadıxov qeyd edib.
Politoloq vurğulayıb ki, Gürcüstanın sabiq prezidentinin məhz ağıllı yanaşması Azərbaycana əlverişli münasibətlə birlikdə “öz rolunu oynadı”.
“Bu qarşılıqlı münasibətlər hər iki dövlətin maraqlarına cavab verirdi və Cənubi Qafqaz regionunda siyasi sabitlik üçün zəmin yaradırdı”, - deyə F.Sadıxov bildirib.
F.İsazadə, R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət