Avqustun sonunda Moskvada Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə xüsusi işçi qrupunun beş Xəzəryanı ölkənin XİN başçılarının müavinləri səviyyəsində növbəti görüşü keçiriləcək. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
“May ayında nazirlərin konfransı keçirildi, bəzi məsələlərdə müəyyən irəliləyişlər oldu. Lakin xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yekun qərarın əldə olunması üçün işi davam etdirir. Avqustun sonunda işçi qrupunun Moskvada növbəti görüşü gözlənilir”, - deyə X.Xələfov vurğulayıb.
Onun sözlərinə görə, sentyabrda Həştərxanda keçiriləcək beş Xəzəryanı ölkənin başçılarının dördüncü sammiti ərəfəsində nazirlər səviyyəsində növbəti görüş keçirilə bilər.
“Əsas məsələ prezidentlər səviyyəsində qəbul olunacaq yekun sənədin razılaşdırılmasından ibarətdir”, - deyə XİN başçısının müavini qeyd edib.
X.Xələfov vurğulayıb ki, Həştərxan sammitində Xəzər dənizinin hüquqi statusunun razılaşdırılmasına dair danışıqların gündəliyindəki bir çox prinsipial məqamlarla bağlı qərarların qəbul edilməsi gözlənilir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət