Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti ümumilikdə 1 mln. 112 min 183,1 manat məbləğində vergidən yayınma faktı üzrə 2 cinayət işi açıb. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Fiziki şəxs Rufət Həbilov və “Səma LTD” MMC barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işləri açılıb. Onlar müvafiq olaraq 562 min 483,61 manat və 549 min 699,49 manat məbləğində vergidən yayınmada ittiham olunurlar.
İstintaq zamanı müəyyən edilib ki, R.Həbilov mebel satışı ilə məşğul olan "Verona Lux" mağazasına rəhbərlik edib. Bununla yanaşı, bütün sənədlərə əsasən, R.Həbilov 2009-cu ildən etibarən vergi ödəyicisi kimi fəaliyyətini dayandırıb.
Araşdırma göstərib ki, mağazada olan mebel müştərilərə İtaliya istehsalı kimi təklif olunub. Lakin əslində bütün mebellər Bakıda “Səma LTD” MMC-yə məxsus olan fabrikdə istehsal olunub.
Məlumatda vurğulanır ki, mebelin müştərilərə verilməsi müvafiq sənədlər rəsmiləşdirilmədən, nağd hesablaşma qaydaları pozularaq həyata keçirilib.
Bundan başqa, “Verona Lux“ və “Səma LTD”də aparılan yoxlamalar zamanı “qara mühasibatlıq” sənədləri aşkar edilib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət