Azərbaycan hökuməti 2014-cü ilin noyabr ayında BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNIDO) ilə birlikdə sənayenin inkişafına həsr olunmuş beynəlxalq konfrans keçirəcək. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.
“Bu gün Azərbaycanın qarşısında duran başlıca hədəflərdən biri iqtisadiyyatın şaxələnməsinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir. Bu istiqamətdəki vəzifələrimizdən biri sənaye potensialının gücləndirilməsi, qeyri-neft sənayesinin inkişaf etdirilməsi, mövcud potensialdan səmərəli istifadə olunmasıdır”, - deyə Ş.Mustafayev çərşənbə günü “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.
Nazir vurğulayıb ki, beynəlxalq təcrübənin öyrənilməsi, sənayenin inkişafı məsələlərində təcrübə mübadiləsinin aparılması məqsədilə noyabr ayında UNIDO ilə birgə konfransın keçirilməsi planlaşdırılır.
Ş.Mustafayev qeyd edib ki, hazırda hökumət Azərbaycanın qeyri-neft sektorunda sənaye potensialının inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirir. Onların arasında “Azərbaycan Polad İstehsalı Kompleksi”, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Yüksək Texnologiyalar Parkının yaradılması və s. layihələr var.
Bundan başqa, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji və turizm sahələrində də layihələr həyata keçirilir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət