Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2014-cü ilin ilk 6 ayı ərzində 103 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərib. Bu barədə idarənin rəisi Kamran Əliyev bəyan edib.
“Birinci yarımillikdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsi 147 şəxs barəsində 103 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərib”, - deyə o, cümə axşamı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birinci yarımillikdə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, cinayət işlərinin ümumi sayından 2-si rüşvət vermə, 4 iş rüşvət alma, 11 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 38 iş mənimsəmə və israf etmə, 25 iş dələduzluq və digər faktlarla əlaqədar olub.
“Hesabat dövrü ərzində idarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2864 müraciət daxil olub. 9 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb”, - deyə K.Əliyev bildirib.
İdarə rəisinin sözlərinə görə, yarım il ərzində əməkdaşlar 1603 nəfərin müraciətlərinə baxıblar, həmçinin cinayət xarakterli 169 materialı araşdırıblar.
“Həmin materialların 53%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlər görülüb”, - deyə K.Əliyev vurğulayıb.
O qeyd edib ki, məhkəmələrə göndərilmiş 103 cinayət işi üzrə ümumi ziyan 11 mln. 870 min manat təşkil edib. İlkin istintaq müddətində bu məbləğin 6 mln. 10 min manatı və ya vurulmuş ziyanın 50,6%-i ödənilib. Qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
“Korrupsiya ilə mübarizə Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin əsas hissəsidir və biz bunu diqqət mərkəzində saxlayırıq”, - deyə K.Əliyev vurğulayıb.
Tədbirdə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov da məlumatla çıxış edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət