Tam əminliklə demək olar ki, Foreks, Dünya Maliyyə Bazarlarında bu sahənin peşəkar iştirakçıları ilə yanaşı, ticarətə yeni başlayanlar üçün də ən əlverişli birja bazarıdır. İstər böyük, istərsə kiçik sərmayə ilə qatılan, peşəsindən və ya ixtisasından asılı olmayaraq hər kəs bu birjada tam sərbəst ticarət etmək, qısa zaman ərzində gəlirə sahib olmaq imkanlarına malikdir. Foreks vasitəsi ilə müxtəlif ölkələrin milli valyutaları ilə bərabər, neft, qızıl, gümüş, birja indeksləri və beynəlxalq şirkətlərin səhmləri ilə də ticarət etmək mümkündür.
Son dövrlər Azərbaycanda Foreks bazarına artan maraq, ortaya banklar kimi yeni oyunçuları çıxarır. Mövcud bazarın fəal iştirakçılarından biri də AGBank olacaq. Bu isə o deməkdir ki, indi artıq AGBank-ın bütün filialları və şöbələrində yeni Foreks hesabları açmaq, mövcud hesablar ilə əməliyyatlar aparmaq mümkün olacaq. Digər oyunçulardan fərqli olaraq bankların daha geniş şəbəkəyə malik olması əməliyyatların həyata keçirilməsində zaman və məkan məhdudiyyətini aradan qaldırır. Qeyd edək ki, Foreks bazarında ticarət həftənin 5 günü 24 saat ərzində aparılır. Uğurlu sərmayələr nəticəsində gəlirini artırmaq istəyən AGBank-ın bütün mövcud və potensial müştəriləri bu xidmətdən istifadə edərək bir sıra üstünlüklər əldə etmiş olacaqlar:
· Hesab açan ilk 100 nəfərin 100 ABŞ dolları qazanmaq şansı!
· Cəlb edilən hər dosta görə, 10 ABŞ dolları həcmində bonus qazanmaq imkanı!
Bu da hələ son deyil, AGBank-la Foreks əməliyyatlarında iştirak edib bonuslar toplayaraq ən son model telefon, kompüter, lüks avtomobil kimi hədiyyələr əldə etmək fürsətini də qazanırsınız.
Foreks xidmətinin istifadəçiləri olacaq müştərilərin, Foreks əməliyyatlarının təməl biliklərinə sahib olmaqları AGBank üçün çox vacibdir. Belə ki, bu sahədə, bankın mütəxəssisləri tərəfindən tədris kursları da təşkil olunacaqdır.
Onu qeyd edək ki, əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.
Ən sərfəli investisiya şansını AGBank-la qazanın!
Zəngin olmaq – haqqınızdır!
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət