2014-cü ilin I yarısında Milli Depozit Mərkəzi (MDM) nominal dəyəri 2 mlrd. 215 mln. 606,288 min manat olan səhmin əlavə emissiyası üzrə əqdlər qeydiyyata alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MDM-dən məlumat verilib.
Mərkəzin məlumatına görə, 2014-cü ilin yanvar-iyun aylarında MDM-də səhmlərin əlavə emissiyası üzrə emitentlərin 704 əqdi qeydiyyata alınıb. Cari ilin iyun ayında MDM ümumilikdə 61 mln. 860,486 min manat məbləğində səhmin əlavə emissiyası üzrə 47 əqd qeydiyyata alıb.
Hesabat dövründə MDM qiymətli kağızların emitentləri ilə 26 müqavilə, o cümlədən iyun ayında 5 müqavilə bağlayıb.
2014-cü ilin yanvar-iyun aylarında MDM tərəfindən nominal dəyəri 385 mln. 905,277 min manata bərabər olan 2306, iyunda 53 mln. 691,969 min manat məbləğində 564 birja əqdi qeydiyyata alınıb.
Bundan başqa, hesabat dövründə MDM nominal dəyəri 11 mln. 996,402 min manat olan qiymətli kağızlarla 270 birjadankənar əqd, iyun ayında 2 mln. 52,893 min manat məbləğində 31 əqd qeydiyyata alıb.
MDM 1997-ci ilin sentyabr ayında yaradılıb. 1999-cu ildə Mərkəz Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansına verilib. Bununla əlaqədar 1999-cu ilin sentyabrında MDM təkrar qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM 1,2 minə yaxın emitentə xidmət göstərir.
A.Axundov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət