İran İslam Respublikasının dini lideri ayətulla Əli Xameneyi fələstinlilərə İsraillə mübarizəni davam etdirmək çağırışı ilə müraciət edib.
“Bu qəddar rejimlə bacarmağın yeganə yolu müqaviməti davam etdirmək və mübarizəni Qərb sahilinə kimi genişləndirməkdir”, - deyə İRNA agentliyi İran liderinin sözlərindən sitat gətirir.
O, həmçinin regionda əksəriyyət təşkil edən yəhudilər və İsrail ərəbləri arasında İsrail dövlətinin ləğv edilməsi məsələsinə dair referendumun keçirilməsinə çağırıb.
“İsraili məhv etmək üçün məntiqi və təcrübəli üsul var. Söhbət orada yaşayan insanların referendumda özlərinin hakimiyyət seçməsindən gedir. Bu, qəsbkar süni rejimin sonu olardı”, - deyə Ə.Xameneyi Tehran Universitetində tələbələrə müraciətində bildirib.
“İsrailin məhv edilməsi yeganə vasitədir. Ancaq söhbət regionda yəhudilərin məhv edilməsindən getmir”, - deyə o vurğulayıb.
Ayətullanın sözlərinə görə, bu qanlı rejimə silahlı müqavimət göstərmək lazımdır.
İsrail dövlətini tanımayan İran hazırda Qəzza zolağında İsrail hərbçiləri ilə mübarizə aparan “HƏMAS”ı dəstəkləyir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət