Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb olunan ölkələr Bakı və İrəvanın mövcud problemi özlərinin həll etməsi üçün kənara çəkilməlidirlər. Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov belə hesab edir.
“Münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupunda təmsil olunan dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Əgər bütün bunlar da alınmırsa, onda bu dövlətlər çəkilməlidirlər kənara, Azərbaycanla Ermənistan özləri təkbaşına bu problemi həll etməlidirlər. Çünki bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdırlar”, - deyə Ə.Həsənov “Azərbaycan” qəzetinə müsahibəsində bəyan edib.
O qeyd edib ki, Qarabağ məsələsində yaranan vəziyyət region üçün çox təhlükəlidir.
“Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk Qrupuna olan ümidləri də heçə endirir”, - deyə baş nazirin müavini vurğulayıb.
Onun sözlərinə görə, erməni lobbisi ATƏT-in Minsk Qrupunda təmsil olunmuş ölkələrdə keçirilən bütün seçkilərdə böyük təsir imkanlarına malikdir.
“Bu səbəbdən qeyd olunan ölkələrdə həmin diaspor təşkilatlarının mövqeyini eşidirlər və öz ölkələrinin strateji maraqlarını erməni lobbisinin mənafelərinə qurban verirlər”, - deyə Ə.Həsənov qeyd edib. O vurğulayıb ki, ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə və işğalçı Ermənistana yüz milyonlarla dollar birbaşa yardım ayırır.
“Bir sözlə, bu gün erməni lobbisi dünya siyasətinə çox ciddi şəkildə nüfuz edir və bu günə qədər Dağlıq Qarabağ probleminin həllinə mane olan amillərdən biri də erməni lobbisidir. Beləliklə, ABŞ və Fransa dövlətləri onların ərazisində olan erməni lobbisinin biznes maraqlarına təsir etməklə, onları məcbur etməlidirlər ki, Ermənistan rəhbərliyinə təsir etsinlər, çünki həmin diaspor təşkilatları bu problemin həllinə ciddi maneə törədirlər”, - deyə baş nazirin müavini bildirib.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət