SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neftqaztikinti” tresti “Çilov” yatağında 112 saylı stasionar dəniz özülünü istifadəyə verməyi planlaşdırır. Bu barədə SOCAR-ın məlumatında deyilir.
112 saylı stasionar dəniz özülü 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulub.
Obyekt iki hissədən - hər birinin uzunluğu 33 metr olan iki piyada körpüsü vasitəsilə əlaqələndirilən istehsalat və yaşayış sahələrindən ibarətdir.
Ümumi sahəsi 1920 kvadratmetr təşkil edən istehsalat hissəsi 5 dayaq blokundan ibarətdir. Həmçinin burada gəmilərin yanalmasını təmin etmək üçün üç tərəfdə minik və yanalma meydançaları tikilib.
600 kvadratmetrlik yaşayış sahəsi iki dayaq blokundan ibarətdir. Yaşayış hissəsinın şərq və qərb tərəfində minik meydançaları tikilib. Sahə qəza vaxtı işçilərin evakuasiyasını təşkil etmək üçün 42 yerlik xilasedici qayıqla təmin olunub.
“Çilov” yatağı Xəzər dənizindəki Çilov adasında yerləşir. Yatağın sənaye üsulu ilə işlənməsi SOCAR tərəfindən 1952-ci ildən həyata keçirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət