Azərbaycan Beynəlxalq Bankının (ABB) Məlumat Mərkəzinə son üç il ərzində 217 mindən artıq müraciət daxil olub və cavablandırılıb. Bu barədə bankın mətbuat xidməti məlumat verib.
2014-cü ilin birinci yarımilliyinin sonuna olan statistikaya görə, Məlumat Mərkəzi tərəfindən 56 mindən artıq müraciət cavablandırılıb. Onların əksər hissəsi telefon zənglərinə düşür (76%). 2014-cü ilin əvvəlindən qəbul olunan ümumi müraciətlərin 25%-i kredit məhsulları, 23,2%-i əmanətlər, 17%-i bank kartları, 11%-i elektron xidmətlərlə əlaqədar mövzuları əhatə edib. Məlumat Mərkəzi həm də melumatmerkezi@ibar.az elektron poçt ünvanına və bankın saytında yerləşən onlayn məsləhət xidməti vasitəsilə müraciətləri cavablandırır.
ABB Məlumat Mərkəzi irimiqyaslı fəaliyyətə 2011-ci ilin oktyabr ayından başlayıb. Mərkəz müştəriləri və potensial müştəriləri bankla bağlı müxtəlif mövzularda - bankın məhsul və xidmətləri, xidmət şəbəkəsi, cari kampaniyalar və s. haqda məlumatlandırır. Məlumat Mərkəzi layihəsi çərçivəsində bankın fəaliyyəti, xidmətlərin səviyyəsi və ya bankın məhsulları barədə təkliflər üçün də xüsusi bölmə ayrılıb.
Qeyd edək ki, müştərilər həftənin bütün günləri 24 saat ərzində stasionar telefonlardan (012) 437-79-00 və mobil operatorlardan (“Azercell”, “Bakcell” və “Narmobile-Azerfone”) *2265 (*BANK) nömrəsinə zəng edərək və ya melumatmerkezi@ibar.az elektron poçt ünvanına yazaraq Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət