İsrailin 3 həftə ərzində Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində həlak olan fələstinlilərin sayı 1450 nəfərədək artıb. Bu barədə cümə günü fələstinli həkimlər məlumat verib.
İyulun 31-də hava zərbələri nəticəsində ən azı 44 nəfər həlak olub, daha 13 nəfər isə daha əvvəl aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Cümə günü daha 8 fələstinli tanklardan açılan atəş nəticəsində həlak olub. Bu barədə məlumat müvəqqəti barışığa dair saziş qüvvəyə mindikdən dərhal sonra daxil olub.
İsrailin bu əməliyyatının qurbanlarının sayı 2008-2009-cu illərdə həyata keçirdiyi “Tökmə qurğuşun” kampaniyası zamanı həlak olmuş fələstinlilərin sayından çoxdur.
İsrailin müdafiə orusunun məlumatına görə, dünən Qəzza zolağı ilə sərhəddə minaatanlardan açılan atəş nəticəsində 5 İsrail hərbçisi həlak olub. Beləliklə, İsrailin verdiyi itkilərin sayı 61 nəfərə çatıb.
Avqustun 1-nə keçən gecə İsrail və “HƏMAS” arasında Qəzza zolağında ilkin şərtlər olmadan və humanitar məqsədlərlə 72 saat müddətinə müvəqqəti barışığa dair saziş əldə edilib. Sazişə əsasən, barışıq yerli vaxtla saat 08:00-da qüvvəyə minib. Lakin İsrail qoşunları hazırda Qəzza zolağında tutduqları mövqelərdə qalacaqlar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət