Azərbaycan Prezidenti Administrasiyası ölkənin Silahlı Qüvvələrinin Ermənistan silahlı birləşmələrinə qarşı guya təxribat həyata keçirmələrinə dair qarşı tərəfin bəyanatlarını məntiqsiz hesab edir.
“Azərbaycan Silahlı Qüvvələrinin guya erməni tərəfinə qarşı təxribat həyata keçirmələri barədə böhtan xarakterli bəyanatlar heç bir məntiqə sığmır”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov son günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində müşahidə olunan gərginliyi ANS telekanalına şərh edərkən bəyan edib.
Onun sözlərinə görə, qeyd olunan dövrdə nə prezident, nə də müdafiə naziri ölkədə olmayıblar.
“Bu dövrdə Azərbaycan prezidenti qısamüddətli istirahətlə əlaqədar ölkədə olmayıb. Eyni zamanda müdafiə naziri də ölkədə olmayıb. Belə olduğu halda guya təxribat qruplarının Ermənistanın nəzarəti altında olan tərəfə dəfələrlə keçməsi ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin ünvanına səsləndirilən böhtan heç bir məntiqə sığmır”, - deyə N.Məmmədov vurğulayıb.
Prezident Administrasiyasının rəhbərinin müavini qeyd edib ki, bu cür hallardan az-çox məlumatı olanlar anlayırlar ki, belə proseslərin reallaşması üçün dövlət başçısının razılığı və müdafiə nazirinin iştirakı lazımdır.
“Lakin onların heç biri qeyd olunan dövrdə ölkədə olmayıb”, - deyə N.Məmmədov söyləyib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət