Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi Azərbaycan hökumətini hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu azad etməyə çağırınb.
“Fransa dövlətə xəyanət, vergi ödənişindən yayınma və fırıldaqçılıqda ittiham olunan Leyla Yunusun həbs olunmasına görə narahatdır”, - deyə çərşənbə axşamı Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi sözçüsünün köməkçisinin bəyanatında deyilir. Bəyanatı Fransanın Bakıdakı səfirliyi yayıb.
Bəyanatın müəllifi xatırladır ki, bu ilin may ayında Azərbaycana səfəri zamanı Fransa prezidenti Fransua Olland Leyla Yunusla görüşüb. L.Yunus insan hüquqları üzrə öhdəliyinə görə hörmət edilən bir şəxsiyyətdir və 2013-cü ildə Fəxri Legion Ordeni ilə təltif edilib.
“Fransa Azərbaycan hökümətini səhhəti zəif olan Leyla Yunusu azad etməyə, onun müdafiə hüquqlarına, o cümlədən vəkilin maneəsiz girişinə hörmət etməyə çağırır”, - deyə sənəddə deyilir.
L.Yunus ötən çərşənbə günü Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin birgə məlumatında qeyd olunub ki, hüquq-mühafizə orqanları hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, həmin institutun əməkdaşı Arif Yunusun hərəkətlərində cinayət tərkibi aşkar ediblər.
L.Yunusa qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət (274-cü maddə), vergidən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), rəsmi sənədlərin saxtalaşdırılması (320-ci maddə), külli miqdarda ziyan vurmaqla dələduzluq (178.3.2-ci maddə) və bir sıra digər maddələri ilə ittiham irəli sürülüb.
L.Yunus barəsində həbs qətimkan tədbiri seçilib. A.Yunus barəsində isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ona qarşı CM-in 274 və 178.3.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət