2014-cü ilin iyul ayında Azərbaycanda deflyasiya iyun ayı ilə müqayisədə 0,8% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
2014-cü ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 2% ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Statistik məlumatlara əsasən, iyul ayında qarabaşaq yarması, mal, qoyun və toyuq ətləri, balıq məhsulları, süd, günəbaxan yağı, alma, banan, alça, gavalı, şaftalı, qarpız, yemiş, üzüm, kələm, xiyar, pomidor, badımcan, bibər, göy lobya, soğan, sarımsaq və kartofun qiymətlərində ucuzlaşma müşahidə olunub.
Düyü, un, kərə yağı, yumurta, limon, şabalıd, göyərti, kök, çuğundur, şəkər və şəkər tozu, süfrə duzunun qiymətləri isə bahalaşıb.
İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində və eləcə də beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma qeydə alınıb.
Azərbaycan hökuməti 2014-cü ildə orta illik inflyasiyanı 3,5% səviyyəsində proqnozlaşdırır.
2013-cü ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,4% təşkil edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət