Nəsimi Rayon Məhkəməsi çərşənbə axşamı Sülh və Demokratiya İnstitutunun konfliktologiya şöbəsinin rəhbəri Arif Yunusun həbs edilməsi barədə qərar qəbul edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
A.Yunus ötən çərşənbə günü həbs olunmuş Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həyat yoldaşıdır. L.Yunusa qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət (274-cü maddə), vergidən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), rəsmi sənədlərin saxtalaşdırılması (320-ci maddə) və külli miqdarda ziyan vurmaqla dələduzluq (178.3.2-ci maddə) maddələri ilə ittiham irəli sürülüb.
Məlumatda deyilir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Arif Yunusovun Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşlarına qəsdən kömək edərək dövlətə xəyanət etməsi və dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməsində əsaslı şübhələr olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın normal gedişinə mane olmasına, istintaqın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsinə dair kifayət qədər dəlillərin olmasına baxmayaraq, səhhəti ilə əlaqədar müalicə müəssisələrinə müraciət etməsi nəzərə alınaraq, humanizm prinsipləri rəhbər tutulub 30 iyul 2014-cü il tarixində barəsində həbslə bağlı olmayan, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Lakin bütün bunlara baxmayaraq, A.Yunusov həmin tarixdən etibarən qətimkan tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib.
Baş Prokurorluğun məlumatında qeyd edilir ki, A.Yunusov yaşadığı rayonun ərazisini müvafiq icazə olmadan dəfələrlə tərk edib, cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək maraqlı şəxslərlə görüşüb, internet yazışmaları, kütləvi informasiya vasitələri və xəbər saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verib, eləcə də müəyyən edilmiş cədvəl üzrə polis orqanına gəlmə qrafikinə əməl etməyib.
A.Yunusova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət