Ermənistan ordusunun bütün təmas xətti boyunca Azərbaycana hücumları, eləcə də İrəvanın hər iki tərəfdən çoxsaylı itkilərə və zorakılığın artmasına səbəb olan məsuliyyətsiz və fitnəkar hərəkətləri bir daha sübut edir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı Cənubi Qafqazda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalır. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi bəyan edir.
Diplomatik missiyanın bir sıra Amerika KİV-də dərc edilmiş məlumatında deyilir ki, sülh danışıqlarında Ermənistanın barışmaz yanaşması, həmçinin işğalın humanitar nəticələrinin (məsələn, etnik təmizləmə nəticəsində bir milyon mülki şəxsin öz yurdlarından qovulması) aradan qaldırılmasından imtina etməsi sülh danışıqlarını və yoxa çıxma təhlükəsi altında olan regional sabitliyi artıq çoxdan pozub. Ermənistan öz vətəndaşlarının və regionun təhlükəsiz gələcəyi və rifahına görə cavabdeh olan müstəqil dövlət olmaq yerinə regional risklər yaymaqda davam edir.
«İşdə hiss olunan irəliləyiş, həmçinin erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və status-kvoda müsbət dəyişikliklər münaqişənin ədalətli və sülh yolu ilə nizamlanmasının açarıdır. Dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi, təcavüzkar separatizm və etnik təmizləmələrdən imtina ilə bağlı beynəlxalq birliyin birmənalı siyasəti də böyük əhəmiyyət kəsb edir. Xüsusilə beynəlxalq ictimaiyyət Ermənistanın zorakı hərəkətlərinə və Azərbaycan ərazilərinin qanunsuz işğalına qarşı öz mövqeyini gücləndirmək üçün bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini gözdən keçirməlidir", - deyə sənəddə vurğulanır.
“Çünki təhlükəsizlik sahəsində qlobal vəziyyət yeni problemlərlə üzləşir, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və beynəlxalq birliyin uzunsürən münaqişələrə, o cümlədən Ermənistan-Azərbaycan qarşıdurmasına yanaşmalarında ardıcıllıq ən məsuliyyətli və konstruktiv kurs olaraq qalır”, - deyə sənədin müəllifləri qeyd edirlər.
Y.Əliyev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət