Bank VTB (Azərbaycan) ASC-nin çağrı mərkəzi (call center) fəaliyyətə başladığı dövrdən 63353 müştərinin müraciətinə cavab vermişdir. Belə ki, 2012-ci ilin oktyabrından fəaliyyət göstərən mərkəzdə 52804 zəng, bankın rəsmi saytında olan onlayn-məsləhət xidməti vasitəsilə 9 080 müraciət və 1469 onlayn-ərizə qeydə alınmışdır.
Çağrı mərkəzi, daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən (30 günədək) müştərilərlə işləyir, müştərilərə kreditlərin ödənişini xatırladır və müştəriləri ad günləri münasibətilə təbrik edir. Bundan başqa, mərkəzdə “zəng sifarişi” xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı mərkəzinin mütəxəssisi tərəfindən zəng vurulur və məsləhət xidməti göstərilir. Xidmətin keyfiyyətini nizamlamaq və yaxşılaşdırmaq üçün çağrı mərkəzi müştərilər arasında fəal sorğu aparır.
Bank VTB (Azərbaycan) ASC-nin çağrı mərkəzinin rəisi Ayaz Əhmədov qeyd etmişdir ki, mərkəz bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərir. “Keyfiyyətli xidmət – razı müştəri!” şüarını əsas tutaraq, biz müştərilərə yüksək səviyyəli xidmət göstərməyə çalışırıq”, - deyə Əhmədov əlavə etmişdir.
Arayış üçün:
Bank VTB (Azərbaycan)
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.
Bank VTB (Azərbaycan) ASC Mətbuat xidməti |
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: polad.hamidov@vtb.az www.vtb.az |
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət