SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neftqaztikinti” Tresti 2014-cü ilin sonuna kimi “Qaradağ” Yeraltı Qazsaxlama Anbarlarında mövcud Qazpaylama məntəqəsinin genişləndirilməsi işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“İşlərin aparılmasında məqsəd anbarlarda quyulara vurulan və quyulardan götürülən qaz həcmlərinin artırılması, eləcə də idarəetmə sisteminin avtomatlaşdırılmasıdır”, - deyə məlumatda qeyd olunur.
Yenidənqurma prosesi zamanı 18,6 kilometr uzunluğunda şleyf xətləri çəkilib, dozator nasosxanası tikilib. Həmçinin 12 quyu üçün monifold blok, D600 tədqiqat separatoru, D1600 qaz separatoru, D2000 qaz separatoru və 2 ədəd D2400 giriş separatoru quraşdırılıb.
Bundan əlavə, dozator nasosxanasından monifoldlara qədər 12 kilometr uzunluğunda metanol xətlərinin çəkilməsi, həmin nasosxanada 46 ədəd nasosun quraşdırılması planlaşdırılır.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda 2 yeraltı qaz anbarı var – “Qalmaz” və “Qaradağ”. “Qaradağ” yeraltı qaz anbarı Bakıdan 25 kilometr cənub-şərqdə yerləşir və 1954-cü ildə işə salınıb. “Qalmaz” yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət