Avqustun 18-də “Azərikimya” İB-nin akt zalında Birliyin təşkilatçılığı və maddi dəstəyi ilə Petkim Petrokimya Holdinqdə bir aylıq yay istehsalat təcrübəsi keçmiş tələbələrdən daxil olan “İstehsalat üzrə səmərələşdirici təklif və ideyaların qiymətləndirilməsi” mövzusunda keşirilən müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Qeyd edək ki, “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə gələcəyin kimya mütəxəsisislərinin təcrübi biliklərinin artırılması, onlarda kimya sənayesinin mürəkkəb istehsalatını idarə etmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən “Yay təcrübəsi proqramı” çərçivəsində Moskva Dövlət Universitetinin Bakı filialının, «Qafqaz» Universitetinin və Sumqayıt Dövlət Universitetinin kimya mühəndisliyi fakültələrinin bir qrup tələbəsi öncə Etilen-polietilen zavodunun Buxar-generator kompleksi, Susoyutma qurğusu, Azot-oksigen kompleksi və “EP-300” istehsalatında kimya sənayesi ilə bağlı təcrübi biliklərini artırmış, seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə ilkin adaptasiya keçəcək, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirmişlər. İyunun 14-dən etibarən isə bir ay müddətində Türkiyənin İzmir şəhərində yerləşən, dünyanın nüfuzlu şirkətlərindən olan “Petkim Petrokimya Holdinq” şirkətində istehsalat təcrübələrini davam etdirmişlər.
“Petkim Petrokimya Holdinq” şirkətində istehsalat təcrübəsində olduqları müddətdə tələbələrə müqayisəli şəkildə səmərələşdirici təkliflərini hazırlamaq və “Azərikimya” İB tərəfindən keçirilən müsabiqəyə təqdim etmək tövsiyə olunmuşdur.
Sevindirici haldır ki, bir ay müddətində tələbələrdən müsabiqəyə 120 səmərələşdirici təklif və ideya daxil olmuşdur. Bu səmərələşdirici təklif və ideyalar Birlik tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən araşdırılaraq, qaliblər müəyyən edilmişdir.
Tədbiri “Azərikimya” İB-nin İraçı direktorunun müavini, komissiyanın sədri Xalıq Mustafayev açaraq iştirakçıları salamlamış və onlara yeni tədris ilində uğurlar arzulamışdır.
Sonra Moskva Dövlət Universitetinin Bakı filialının, «Qafqaz» və Sumqayıt Dövlət Universitetlərinin hər birindən iki tələbə slaydların köməyi ilə yay istehsalat təcrübəsinin gedişi ilə bağlı hazırladıqları 10 dəqiqəlik hesabatlarını təqdim etmişlər.
Tədbirin sonunda “Azərikimya” İB-nin İraçı direktorunun müavini, Xalıq Mustafayev və “Petkim Petrokimya Holdinq” şirkətinin İnsan resursları şöbəsinin müdiri Rakif Fərəcov tərəfindən müsabiqənin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət