Azərbaycan Mərkəzi Bankı (AMB) öz əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Qalibin seçilməsi zaman maliyyə şərtləri, xidmətlər paketi üzrə sığorta şərtləri, eləcə də korporativ müştərilərə analoji xidmətlərin göstərilməsi təcrübəsi qiymətləndiriləcək.
Tender iştirakçları son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışını, 2013-cü il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatını, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayışı, sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı iki korporativ müştəri tərəfindən verilən tövsiyə məktubunu, iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surətini təqdim etməlidirlər.
Şərtlərə əsasən, tenderin qalibi 2014-cü il noyabrın 27-dən etibarən 12 ay ərzində bu cür xidmətlər göstərməlidir.
Tenderdə iştirak haqqı 150 manatdır. Tender təklifləri sentyabrın 26-na qədər qəbul ediləcək. Təkliflər zərfi oktyabrın 9-da açılacaq.
Hazırda AMB-nin əməkdaşları “PAŞA Sığorta” tərəfindən sığortalanıb.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” şirkəti 2006-cı ilin iyul ayında fəaliyyət üçün lisenziya alıb. ASC 31 növ sığorta xidməti göstərir. Nizamnamə kapitalı 50 mln. manata, aktivləri 77 mln. manata bərabərdir. Şirkət topladığı sığorta haqları və həyata keçirdiyi ödənişlərə görə Azərbaycanda liderdir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət