Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi iki dövlət arasında ticari-iqtisadi əməkdaşlığın səviyyəsinin artırılmasının əhəmiyyətini vurğulayır.
“Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi sahədə əməkdaşlıq hələ kifayət qədər inkişaf etməyib, ticarət dövriyyəsi lazımi səviyyədə deyil”, - deyə səfir “AzərTAc” dövlət informasiya agentliyinə müsahibəsində bildirib.
İki dövlət arasında iqtisadi əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edən diplomat bildirib ki, Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən də iqtisadiyyat və sənaye nazirləri ilə görüşüb.
“Həmin görüşdə Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri və bu sahədə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edildi. Bu yaxınlarda bəzi məsul şəxslərlə görüşüb investisiyalarla bağlı müzakirələr aparmağı da planlaşdırıram”, - deyə Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi qeyd edib.
Diplomat əlaqələrin inkişafı nöqteyi-nəzərindən qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmini vurğulayaraq deyib ki, Azərbaycan təkcə Küveyt üçün deyil, bütün ərəb dünyası üçün çox vacib ölkədir.
Əl-Ruminin sözlərinə görə, bu istiqamətdə artıq irəliləyişlər var. Yaxın vaxtlarda Küveytin baş nazirinin müavini Azərbaycana səfər etməyə hazırlaşır.
Diplomat, həmçinin əlavə edib ki, Azərbaycan tərəfi Küveytdə keçirilən bir sıra sərgilərdə iştiraka dəvət olunub.
“Azərbaycanın nümayəndə heyəti həmin sərgilərə dəvət olunub ki, onlar öz məhsullarını nümayiş etdirsinlər. Həmçinin Küveytdən də nümayəndələr, xüsusilə Küveyt Ticarət Palatasının təmsilçiləri Azərbaycana gəlirlər və öz həmkarları ilə görüşürlər. Qarşılıqlı səfərlərin intensivləşdirilməsi əlaqələrin daha da inkişafında mühüm rol oynayacaq”, - deyə Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi vurğulayıb.
Diplomatın sözlərinə görə, Azərbaycanda xüsusilə turizm sahəsi Küveyt üçün daha cəlbedicidir.
“Mən Qəbələ rayonunda oldum. Qəbələ gözəl turizm bölgəsidir və bizim üçün maraqlıdır. Biz Küveytdən Bakı ilə yanaşı, Qəbələyə də birbaşa hava xəttinin açılmasına çalışırıq. Hazırda Küveytdə turizm bürosunun açılması ilə bağlı danışıqlar gedir. Məqsəd turistləri Qəbələyə və Azərbaycanın başqa turizm bölgələrinə cəlb etməkdir”, - deyə əl-Rumi qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan ilə Küveyt arasında birbaşa hava xəttinin açılması tərəflərin diqqət mərkəzindədir.
“Eyni zamanda, digər sahələrdə, xüsusilə neft və neft-kimya sahəsində əməkdaşlıq etmək üçün imkanlarımız var”, - deyə səfir vurğulayıb.
Mədəni əlaqələrə toxunan diplomat qeyd edib ki, hər iki ölkə mədəniyyətin qarşılıqlı təbliği istiqamətində çalışır.
“Məsələn, Azərbaycanda Küveyt mədəniyyət həftəsi keçirmək üçün danışıqlar aparırıq. Burada Küveyt milli folklor kollektivinin də iştirak etməsini planlaşdırırıq”, - deyə əl-Rumi qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinə dair sualı cavablandıran səfir BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qəbul etdiyi 4 qətnaməni dəstəklədiyini bildirib.
“Küveyt hər zaman haqq-ədalətin yanında olub. Bu baxımdan biz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyirik”, - deyə Küveytin Azərbaycandakı səfiri vurğulayıb.
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət