Azərbaycan və Ermənistan arasında iqtisadi dialoqun qurulması Qarabağ münaqişəsinin həllinə imkan yaradacaq. ŞƏT İşgüzar Klubunun direktoru Denis Tyurin belə hesab edir.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan və Ermənistan arasında iqtisadi dialoqun qurulmasına ehtiyac var. Bu, tərəflərə yaxınlaşmağa və münaqişəni həll etməyə imkan verəcək”, - deyə D.Tyurin cümə axşamı “Rusiya-Azərbaycan münasibətləri: möhkəmlənmə kursu” mövzusunda Moskva-Bakı videokörpüsü zamanı bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi məlumata görə, D.Tyurin hesab edir ki, postsovet məkanında münaqişələrin həll edilməsi üçün MDB ölkələri arasında intensiv iqtisadi əlaqələr qurmaq lazımdır. Bununla əlaqədar o, münaqişə tərəfləri arasında yolların və digər kommunikasiyaların açılmasının zəruriliyini qeyd edib.
Öz növbəsində Milli Məclisin deputatı Rasim Musabəyov vurğulayıb ki, Cənubi Qafqaz, ilk növbədə Azərbaycanla assosiasiya olunur.
“Anlamaq lazımdır ki, Cənubi Qafqaz, ilk növbədə Azərbaycandır. Cənubi Qafqazın üçdə bir hissəsini azərbaycanlılar, Cənubi Qafqazın ÜDM-in 75%-ni Azərbaycan, bu regionun ixrac potensialının 90%-ni Azərbaycan təşkil edir. Cənubi Qafqazın maliyyə vəsaitlərinin 100%-i Azərbaycanın payına düşür. Çünki Gürcüstan və Ermənistanın malik olduğu ehtiyatlar borclarından kifayət qədər azdır. Halbuki, Azərbaycanın maliyyə ehtiyatları borcların həcmini beş dəfə ötür. Düşünürəm ki, bütün bunlar ciddi amildir”, - deyə o bildirib.
Deputatın sözlərinə görə, bu gün Azərbaycan əhalinin sayı və satınalmaların həcminə görə Rusiyanın çox mühüm tərəfdaşı olan Belarusu ötüb.
“Düşünürəm ki, Rusiya Azərbaycanın faydalı və ödəmə qabiliyyətinə malik tərəfdaş olduğunu nə qədər tez anlayarsa, hələ də həllini tapmayan məsələlər, xüsusilə də Qarabağ münaqişəsi bir o qədər tez həllini tapacaq. Münaqişəni nizamlamaq üçün Rusiyanın imkanları var. Ümid etmək istərdim ki, onlardan istifadə olunacaq”, - deyə R.Musabəyov qeyd edib.
Politoloq Rasim Ağayev qeyd edib ki, uzun müddətdən sonra Azərbaycan və Rusiya “Moskvada Sovet İttifaqının keçmiş ucqar respublikası kimi baxdıqları” mərhələdən keçiblər.
“Bizim dövlətlərarası yaxşı münasibətlərimiz formalaşıb. Biz biri böyük, digəri isə kiçik olmaqla iki müstəqil dövlətik və strateji və iqtisadi baxımdan Rusiya üçün cəlbediciyik”, - deyə R.Ağayev bildirib.
Onun sözlərinə görə, Bakı və Moskva arasında qarşılıqlı münasibətləri erməni ekspansiyası məsələsi çətinləşdirir.
“Azərbaycanda bu ekspansiya Rusiya ilə əlaqələndirilir. Həm də təkcə yaxın tarixi müddətdə deyil, kifayət qədər uzun tarixi dövr ərzində bu ekspansiya Rusiyaya söykənərək həyata keçirilib. Ancaq tarixi detalların üzərində dayanmayacağıq, baxmayaraq ki, xalqın təfəkküründə bu məqam mövcuddur, ictimaiyyət bu barədə məlumatlandırılıb”, - deyə o qeyd edib. R.Ağayevin sözlərinə görə, bütün tarixi faktlara baxmayaraq, Azərbaycan ictimaiyyəti Rusiyaya yaxşı münasibətini qoruyub saxlayır.
Bundan başqa, politoloq qeyd edib ki, Rusiya Federasiyası prezidentinin təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan dövlət başçıları ilə keçirilən görüş Rusiyanın iştirakı ilə Dağlıq Qarabağa dair danışıqlar prosesinin bərpasına müəyyən ümidlər yaradıb. Bununla yanaşı, o vurğulayıb ki, danışıqlar daima davam edə bilməz və nəticələr verməzsə, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməli olacaq.
R.Ağayev qeyd edib ki, bu gün Ermənistan özünü Qarabağ münaqişəsində qalib gələn tərəf kimi aparsa da, əslində uduzan tərəfdir.
“Ermənistan özünü qalib gələn tərəf kimi aparır. Lakin bu xəyaldır. Əgər Ermənistan özünü belə aparmasaydı, bu gün 200-300 min erməni inkişaf edən dövlətdə yaşayardı. Ancaq onlar ekspansionist millət kimi pis adla tanındılar, çünki hər kəsə qarşı iddialarla çıxış edirlər. Ermənistann uduzub, əgər onun siyasəti olmasaydı, indi ermənilər 20 əsrin əvvəlində birinci neft bumu zamanı olduğu kimi, Bakıda, Gəncədə firavan yaşayardılar. Onlar Qarabağ və ətraf 7 rayonu işğal etməklə bütöv regionu uduzdular”, - deyə R.Ağayev vurğulayıb.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət