Azərbaycan və İran neftçiləri əməkdaşlığın inkişaf etdirilməsinə dair razılığa gəliblər. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) rəsmi saytında məlumat verilir.
ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində keçirilən görüşlərdə neft və qaz sahəsində Azərbaycan-İran əməkdaşlığının vəziyyəti və perspektivləri, tərəflərin neft və qaz hasilatı, nəqli və ixracı sahəsində imkanları, iki ölkə arasında mövsümi qaz nəqli və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Səfər avqustun 18-dən 20-dək İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPKO) rəhbərliyinin dəvəti ilə baş tutub.
SOCAR-ın nümayəndə heyəti İranın Neft Nazirliyində və ölkənin neft və qaz şirkətlərində görüşlər keçirib.
KERKO-nun baş direktoru Əli Osuli Azərbaycan nümayəndə heyəti ilə görüşdə rəhbərlik etdiyi şirkətin ARDNŞ ilə Xəzərdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Tərəflər Xəzərdə və beynəlxalq neft-qaz layihələrində Azərbaycan-İran əməkdaşlığının daha da genişlənməsinin əhəmiyətini vurğulayıblar.
Nümayəndə heyəti Tehranda Elmi-Tədqiqat Neft Sənayesi İnstitutuna da dəvət edilib, burada iranlı alimlərin neft-qaz və nanotexnologiyalar sahəsində araşdırmaları ilə tanış olub.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət