Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının “Münaqişələrin qarşısının alınması” mövzusuna həsr olunmuş açıq iclasında çıxış edib.
“AzərTac” dövlət informasiya agentliyinin müxbirinin Nyu-Yorkdan verdiyi xəbərə görə, münaqişələrin qarşısının alınması konsepsiyası ilə beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsi prinsipi arasında sıx qarşılıqlı əlaqə olduğunu vurğulayan Azərbaycan səfiri qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir.
Azərbaycanın daimi nümayəndəsi qeyd edib ki, beynəlxalq hüquq nəinki münaqişənin qarşısının alınması və ya tənzimlənməsi üçün müəyyən nəticəyə nail olmağı, həm də ilk növbədə son nəticəyə nail olmazdan əvvəl konkret normalarla tam uzlaşan proses getməsini tələb edir. Bu baxımdan vurğulanıb ki, münaqişələrin nizamlanması üzrə müvafiq mexanizmlərdən hüquqa açıq-aydın zidd olan və baş vermiş fakta əsaslanan qərarların təsbit olunması vasitəsi kimi istifadə edilə bilməz. Bu cür qərarları zorla qəbul etdirmək və ya təşviq etmək cəhdləri isə uğursuzluğa məhkumdur və bu cəhdlər möhkəm sülh, uzunmüddətli sabitlik üçün zəruri əsas yaratmağa əsla kömək etməyəcək.
Y.Əliyev təcavüzkar separatizm probleminə hərtərəfli beynəlxalq yanaşmanın zəruriliyini də qeyd edib. Təhlükəsizlik Şurasının diqqəti onun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini, münaqişələrin gedişində törədilmiş cinayətlərə görə məsuliyyət və cəzasızlığa qarşı mübarizə kimi mühüm məsələlərə baxılarkən prinsipial mövqe tutmağın vacibliyinə yönəldilib.
Azərbaycan nümayəndəsindən sonra çıxış edən Ermənistanın daimi nümayəndəsi Zöhrab Mnatsakanyan Azərbaycan tərəfinin arqumentlərinə qarşı heç bir dəlillə təsdiqlənməyən standart ittihamlar irəli sürməyə cəhd göstərib.
Ermənistan səfirinin çıxışı zamanı Təhlükəsizlik Şurasının üzvlərinin və iclasın digər iştirakçılarının heyrətləndiklərini görmək çətin deyildi.
Y.Əliyev cavab bəyanatı ilə çıxış edərək Ermənistan səfirinin beynəlxalq birliyi çaşdırmaq və öz dövlətinin ilhaqçı siyasətindən, Azərbaycan ərazisinin xeyli hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və etnik təmizləməyə məruz qalması faktından yayındırmaq üçün daha bir uğursuz cəhd göstərməsinə diqqəti cəlb edib.
“Danışıqların gedişində Ermənistanın mövqeyinin qeyri-konstruktivliyi, onun mövcud status-kvo vəziyyətini saxlamaqda maraqlı olması, Madrid sülh planına riayət etməkdən boyun qaçırması, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən imtina etməsi, sərt etnik təmizləmə siyasəti, habelə bu yaxınlarda törətdiyi, sülh prosesinin pozulmasına yönəlmiş təhrikçi hərəkətləri – bütün bunlar beynəlxalq birlik tərəfindən Ermənistan barəsində ciddi sanksiyalar tətbiq edilməsi üçün ən mühüm əsasdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmaqda davam etməsi sülh prosesi üçün yenə də çox ciddi təhlükədir. Bununla əlaqədar, ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Ermənistan bunu nə qədər tez etsə, regionda sülhü, sabitliyi və vəziyyətin proqnozlaşdırılan olmasını bir o qədər tez bərpa etmək mümkün olacaq”, - deyə o, çıxışının sonunda deyib.
F.Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət