Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatlar erməni təxribat qruplarının avqust ayında törətdiyi insident zamanı yaralanmış və Türkiyəyə müalicəyə göndərilmiş əsgərlərimizi ziyarət ediblər. Bu barədə rəsmi KİV-lər məlumat verir.
Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ankarada müalicə olunan yaralı əsgərlərimizi ziyarət ediblər.
Əsgərlərə tezliklə sağalmağı arzulayan deputatlar Vətənimizin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıqlarını bildiriblər.
Əsgərlərimiz bundan sonra da Vətənimizin müdafiəsi üçün döyüşməyə hazır olduqlarını bildiriblər.
Əsgərlərimiz cəbhə yoldaşlarının, eləcə də gələcəkdə Vətənimizin keşiyində dayanacaq gənclərin düşmənə layiqli cavab verəcəklərini vurğulayıblar. “Mübarizə hələ qarşıdadır deyən Ədalət Məmmədov bildirib ki, düşmənin xain hücumu nəticəsində bir neçə hərbiçimizin şəhid olması və yaralanması Azərbaycan əsgərlərinin düşmənə qarşı mübarizə əzmini daha da artırıb.
Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərovun nəvəsi Elvin Əsgərov torpaqlarımızın müdafiəsi zamanı əsgər yoldaşlarının göstərdikləri qəhrəmanlıqları ömrünün sonunadək qürurla xatırlayacağını və Azərbaycan döyüşçülərindəki ruh yüksəkliyini düşmən üçün hər zaman sarsıdıcı olduğunu bildirib.
Təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç əsgəri - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət