Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bəyan edir ki, Ermənistan Qarabağ münaqişəsinə dini rəng verməyə çalışır.
“Ermənistan tərəfi bütün dünyaya elə təqdim edir ki, guya ölkələrimiz arasındakı münaqişə dini xarakter daşıyır. Bununla da İrəvan dünya birliyinin diqqətini Azərbaycan torpaqlarının işğal edilməsinin əsl səbəblərindən yayındırmağa çalışır. Ancaq bu, dini müharibə deyil və bu gün Azərbaycanda on minlərlə erməni yaşayır və heç kim onlara toxunmur”,- deyə M.Qurbanlı bazar ertəsi Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə bəyan edib.
O vurğulayıb ki, dünyanın başqa ölkələri ilə müqayisədə Azərbaycanda tolerantlıq dəyərləri daha çox üstünlük təşkil edir.
“Bakıda və ümumiyyətlə Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri fəaliyyət göstərirlər, baxmayaraq ki, əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir”, - deyə o qeyd edib.
Öz növbəsində Avropa Şurasının baş katibinin müavini Q.Battani Draqoni qeyd edib ki, bu gün Avropada islamofobiya və antisemitizm yayılmaqdadır.
“Bu gün Avropada islamofobiya və antisemitizm halları çoxalmaqdadır. Biz sağlam cəmiyyət yaratmaq üçün dinlərarası dialoqu təşviq etməliyik”,- deyə Q.Battani Draqoni vurğulayıb.
F.İsazadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət