“Bank VTB (Azerbaijan)” ASC-nin planları barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bankın İdarə Heyətinin sədri Yuri Yakovlev məlumat verib.
- “Bank VTB”nin Azərbaycanda gələcək inkişafa dair hansı planları var?
- “Bank VTB (Azerbaijan)” universal kommersiya bankı kimi inkişaf edəcək, əsas müştəriləri kiçik və orta biznesin (SME) nümayəndələri, həmçinin fiziki şəxslər olacaq.
Biznesin həcmlərinin və effektivliyinin artırılması (CIR göstəricisinin rəqiblərlə müqayisə ediləcək səviyyəyə qədər (49%) azalması və 2016-cı ildə ROE-nin 19%-dək artırılması) bizim üçün əsas məqsədlərdir. Bank yeni məhsulların işlənib hazırlanması və tətbiqini davam etdirəcək, o cümlədən qərarların qəbulunun sürətləndirilməsi məqsədi ilə daxili prosedurların yaxşılaşdırılmasına diqqət yetirəcək.
Biz bazarın yalnız bir seqmentinə diqqət ayırmağı planlaşdırmırıq və bütün istiqamətlər üzrə işləyəcəyik. Bununla yanaşı, bank qrupun zəngin təcrübəsini öyrənəcək. Məsələn, pərakəndə kreditləşmə sahəsində “VTB24” çox maraqlı texnologiyalara, məhsullara malikdir və biz onları onları Azərbaycan bazarına gətirərək yerli spesifikaya uyğunlaşdırmağa çalışacağıq (“VTB24” - “VTB” Qrupunun pərakəndə əməliyyatlar üzrə ixtisaslaşan bankıdır - İF-Az).
İstəyirik ki, “VTB (Azerbaijan)” Azərbaycan və Rusiya biznesi arasında körpü olsun. Məqsədimiz Azərbaycan biznesinə ödənişlərin təşkili, biznesin strukturlaşdırılması, “VTB”nin fəaliyyət göstərdiyi ölkələrin şirkətləri ilə əlaqələrin qurulması sahəsində yardım etməkdən ibarətdir.
Planlarımıza, ilk növbədə Rusiya ilə işləyənlər üçün nəzərdə tutulmuş rublla olan məhsulların yayılması daxildir. Rusiya ilə ticarətin maliyyələşdirilməsi xüsusilə çox perspektivli istiqamətdir.
- Bankın kiçik və orta biznesin kreditləşdirilməsi (SME) ilə bağlı nə kimi planları var?
- Ənənəvi kreditləşmə istiqamətlərindən başqa, biz orta və kiçik biznes sektoruna: kreditləşmə, digər ölkələrdəki, ilk növbədə Rusiyadakı tədarükçülər və tərəfdaşlarla hesablaşmaların təşkilinə diqqət yönəldirik.
İndi bankın kredit portfelində bu cür müəssisələrin payına təxminən 30-40% düşür, lakin düşünürəm ki, yaxın vaxtlarda biz bu rəqəmi 50%-ə çatdıracağıq. 1 iyul 2014-cü il tarixinə kiçik və orta biznesin kreditləşməsi üzrə portfelin həcmi ötən ilin analoji dövrünü göstəricisini təxminən üç dəfə ötərək 73,1 mln. manat təşkil edib. Ümumilikdə iyulun 1-nə kredit portfelinin həcmi 216 mln. manata yaxın təşkil edib.
- Bank kapitallaşmanı artıracaqmı?
- “VTB” Qrupunun 2014-2016-cı illər üçün strategiyasına uyğun olaraq biznesin həcmlərinin artırılması və kredit portfelinin planlaşdırılan göstəricilərinə nail olmaq üçün “Bank VTB (Azerbaijan)” ASC-nin kapitalının 25 mln. manat məbləğində artırılması planlaşdırılır (hazırda bankın nizamnamə kapitalı 50,815 mln. manata bərabərdir - İF-Az).
- Bank filial şəbəkəsini genişləndirməyi planlaşdırırmı?
Hazırda “VTB (Azerbaijan)” baş ofis və 8 filialın daxil olduğu 9 satış nöqtəsi ilə təmsil olunur. 2016-cı ilin sonuna bank filial şəbəkəsinin 20 filiala qədər artırılması hesabına Bakıda və Azərbaycanın bir sıra iri şəhərlərində fəaliyyətini genişləndirməyi planlaşdırır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət