Moldovanın Avropaya inteqrasiya kursunu seçməsinə baxmayaraq, Kişinyov Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu barədə Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nataliya German Bakıda keçirilən mətbuat konfransında bəyan edib.
“Moldova Avropanın qaz və enerji resursları bazarlarına qoşulma layihələri ilə məşğul olur. Yəni ölkəmiz «European energy community»nin üzvüdür. Moldova seçimini edib və bu Avropa enerji sazişi nöqteyi-nəzərindən daha iri tərəfdaş olmaq istəyirik. Lakin nəzərlərimizi böyük maraqla Bakıya yönəltmişik”, - deyə o bildirib.
Onun sözlərinə görə, Kişinyov Azərbaycanı, həmçinin ticarət və investisiyalar sahəsində də strateji tərəfdaş hesab edir. “Əlbəttə, indi biz enerji sahəsi barədə danışırıq. Sizin təcrübəniz, yeniliklər, edə bildikləriniz bizim üçün son dərəcə vacib inkişaf elementidir. Bu gün enerji sahəsində ekspert səviyyəsində məsləhətləşmələrin aparılması imkanını müzakirə etdik”, - deyə o vurğulayıb.
N.Germanın sözlərinə görə, Moldova həm də emal sənayesinə Azərbaycan investisyalarında maraqlıdır. “Bu, o cümlədən də infrastruktur ölkə əhalisinin əmək qabiliyyətli əhalisinin böyük hissəsinin məşğul olduğu əsas sahələrdir. Moldova inkişaf edir, yenidən qurulur. Sevindirici haldır ki, Azərbaycan şirkətləri dövlətimin modernləşməsi üzrə tenderlərdə iştirak edirlər”, - deyə nazir qeyd edib.
“Düşünürəm ki, bütün bu məsələləri biz cari ilin sonuna kimi keçirilməsini şərtləşdirdiyimiz hökumətlərarası komissiya çərçivəsində müzakirə edəcəyik”, - deyə o əlavə edib.
Moldovanın baş nazirinin müavini bazar ertəsi Azərbaycanın baş naziri ilə keçiriləcək görüşdə əməkdaşlıq perspektivlərini müzakirə etmək niyyətində olduğunu deyib. “Əsas etibarilə, bu əlaqələri bizim, işçi, ekspert, nazir, baş nazir müavinləri səviyyəsində inkişaf etdirmək lazımdır. Çox ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan prezidentinin Moldovaya dövlət səfəri baş tutacaq. Biz onu çoxdan gözləyirik. Səfərlə əlaqədar Azərbaycan-Moldova biznes forumu da keçirmək olardı”, - deyə nazir bildirib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət