Çərşənbə axşamı Bakıda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin IV qeyri-rəsmi görüşü başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Görüşdə Gürcüstan və Moldova XİN başçıları Maya Pancikidze və Nataliya German, Belarus və Ukrayna XİN başçılarının müavinləri Yelena Kupçina və Yelena Zerkal iştirak edirlər.
Görüşün əsas məqsədi “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığın genişləndirilməsi, ötən ilin noyabr ayında keçirilmiş Vilnüs sammitinin nəticələri və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sammit iştirakçılarını salmalayaraq qeyd edib ki, bu görüş daha əvvəl başlamış dialoqun davamıdır.
Öz növbəsində Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle “Şərq Tərəfdaşlığı”nın iştirakçı ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyən nitqlə çıxış edib.
“Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkənin hamısı Aİ üçün mühüm əhəmiyyət kəsb edir və biz həmin ölkələrin hər birinin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik”, - deyə Ş.Füle bəyan edib.
O qeyd edib ki, bu görüşdə regionda baş verən proseslər müzakirə olunacaq.
“Bu gün biz regionda baş verən hadisələri müzakirə edəcəyik. Bu görüş Aİ-ni anlamağa kömək edəcək və sülh və sabitlik üçün birgə nə edə biləcəyimizi müəyyən etmək imkanı yaradacaq. Biz “Şərq Tərəfdaşlığı” ölkələrinin, xüsusilə Ukraynanın mövqeyinin möhkəmlənməsi üçün daha çox səy göstərməliyik. Bu görüş tərəflər arasında həmrəylik və etimadı möhkəmləndirəcək”, - deyə Avropa komissarı vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət